Icma.az
close
up
RU
COP30 da iqlim böhranından ən çox təsirlənən yoxsul ölkələrin liderləri çıxış ediblər

COP30 da iqlim böhranından ən çox təsirlənən yoxsul ölkələrin liderləri çıxış ediblər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Qlobal iqlim böhranının ən fəlakətli təsirlərindən, qasırğalardan, daşqınlardan və digər amillərdən əziyyət çəkən ölkələrin liderləri Braziliyada keçirilən Birləşmiş Millətlər Təşkilatının iqlim konfransı olan COP30-u təcili tədbir görməyə çağırıblar.

AZƏRTAC COP30-un rəsmi saytına istinadla xəbər verir ki, dünya liderləri iqlim konfransının rəsmi açılışından əvvəl sürətlə azalan Amazon meşələrinin kənarında toplaşıb və bir çoxları dünyanın zərərli qaz tullantılarının əksəriyyətini istehsal edən varlı ölkələrlə inkişaf etməkdə olan dövlətlər arasındakı fərqi daha yaxşı balanslaşdırmağa diqqət yetiriblər.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva meşələrin qırılmasının qarşısını almaq, qazıntı yanacaqları istehsalını azaltmaq və lazımi resursları səfərbər etmək üçün konkret bir yol xəritəsinin vacibliyini vurğulayıb.

Başqa bir təşəbbüs tələb olunan hədəflərdən daha az emissiya istehsal edənlərin potensial olaraq kredit ala və öhdəliklərini aşanlara sata biləcəyi ortaq qlobal karbon bazarı yaratmağı hədəfləyir. Daha varlı ölkələr ötən il Azərbaycanda keçirilən sammitdə daha kasıb ölkələrə istiləşmə iqliminin geniş təsirləri ilə mübarizə aparmaq üçün 300 milyard dollar vəd etmişdilər, lakin hələ ki, bu öhdəliklər yerinə yetirilməyib.

Bundan əlavə, inkişaf etməkdə olan ölkələr və beynəlxalq müdafiə qrupları bu rəqəmin ehtiyacları ödəmək üçün qeyri-kafi olduğunu iddia edirlər və müxtəlif formalarda hökumət və özəl yardımlarda 1,3 trilyon dollar hədəfini gözləyirlər.

Cümə günü liderlərin görüşü zamanı haitili diplomat Smit Avqustin “Melissa” qasırğasının ölkəsini viran qoyduğunu, kiçik ada dövlətlərinin isə iqlim dəyişikliyinə ən az səbəbkar olduğunu bildirib. Keniyanın vitse-prezidenti Kithure Kindiki bildirib ki, ötən həftə ölümcül sürüşmənin baş verdiyi Şərqi Afrika ölkəsində əsrdə bir dəfə baş verən şiddətli quraqlıqlar və dağıdıcı daşqınlar həyatları məhv etməyə davam edir. Barbadosun Baş naziri Mia Mottli bildirib ki, 2022-ci ildə Misirdə keçirilən konfransda yaradılan İtki və Zərər Fondunun hələ də 800 milyon dollardan az kapital bazası var, Yamayka isə 7 milyard ABŞ dollarından çox ziyana məruz qalır, Kuba, Haiti və ya Baham adalarında da vəziyyət ağırdır.

Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf iqlim böhranının ən zərərli təsirlərindən əziyyət çəkən ölkələrin liderlərindən xeyriyyəçilik deyil, iqlim ədaləti tələb edib.

Bir çox lider, həmçinin Prezident Donald Trampın rəhbərliyi altında iqlim dəyişikliyini “saxtakarlıq” adlandıran və qazıntı yanacaqlarını daha dərindən araşdırarkən danışıqlara elçi göndərməkdən imtina edən ABŞ-ı tənqid edib.

BMT Ətraf Mühit Proqramı (UNEP) bu həftənin əvvəlində hazırladığı son hesabatda bildirib ki, dünyanın növbəti on il ərzində Paris Sazişi çərçivəsində müəyyən edilmiş beynəlxalq səviyyədə razılaşdırılmış hədəf olan 1,5 dərəcə Selsi qlobal istiləşmə həddini aşması çox ehtimal olunur.

BMT-nin Baş katibi Antonio Quterreş Braziliyada toplaşan rəsmilərə proseslərə rəhbərlik etməyi və ya məhv olmağa aparmağı seçə biləcəklərini bildirib. “Bir çox korporasiya iqlim böhranından rekord mənfəət əldə edir, milyardlarla dollar lobbiçiliyə, ictimaiyyəti aldatmağa və irəliləyişin qarşısını almağa xərclənir, xeyli sayda lider bu köklü maraqların əsiri olaraq qalır”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri