Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Spiker COP30 da çıxış etdi

Spiker COP30 da çıxış etdi

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxış edib.

Bu barədə Gununsesi.info -ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisin sədri çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi. COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.

Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbul olunmasına nail oldu ki, bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Sahibə Qafarovanın sözlərinə görə, bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu günə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. Həmçinin, COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyuldu. Bu hədəfə nail olmaq üçün Azərbaycan Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün Braziliya tərəfi ilə sıx əməkdaşlıq edib.

Milli Məclisin sədri COP29-un öz üzərinə götürdüyü bir sıra digər əsas mandatların reallaşdırılması istiqamətində də uğurlu nəticələr əldə etdiyini xatırladıb. Onun sözlərinə görə, bunlardan biri də Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarını tənzimləyən qaydaların tamamlanmasıdır ki, bununla da o, Paris Sazişinin qəbulundan 10 il sonra tam işlək hala gəlmişdir.

Diqqətə çatdırılıb ki, COP29 həmçinin 2025-ci ildən başlayaraq İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını və resursları ödəməyə hazır olmasını təmin edib. Qlobal iqlim fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsində mühüm addım olan Genişləndirilmiş Şəffaflıq Çərçivəsi də aktivləşdirilib. Bundan əlavə, zərərin təsirinin azaldılması, uyğunlaşma, gender, yerli xalqlar və digər bir-biri ilə əlaqəli olan prioritetlərlə bağlı geniş spektrli mühüm mandatlar üzrə də razılığa gəlindi.

Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə böyük diqqət yetirdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, ölkəmiz bu öhdəliyi özünün COP29 Sədrliyinin əsas elementinə çevirib. Bu məqsədlə Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələr (LDCS) nümayəndələrinin COP29-da iştirakı üçün maliyyə dəstəyi göstərib. Azərbaycan COP29-da Liderlər Zirvəsi zamanı SIDS üçün xüsusi konfrans təşkil edərək, onların xüsusi narahatlıqları və prioritetlərinin yüksək siyasi səviyyədə dinlənilməsi üçün platforma təmin etdi.

Çıxışda məlumat verilib ki, COP29 Sədrliyi, danışıqlara paralel olaraq, Paris Sazişinin bütün əsas məqamlarını əhatə edən 14 təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi hazırlayıb. Bu gündəliyin əsas məqsədi təkcə hədəflər müəyyən etmək deyil, həm də bu hədəflərə çatmaq üçün lazımi infrastrukturun yaradılmasına və əməli tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. Lakin bu nəticələrdən savayı, COP29-un çoxtərəfli sistemə inamı da bərpa etdiyi vurğulanıb. COP29 göstərib ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi.

Azərbaycan COP28 və COP30 Sədrlikləri ilə birlikdə iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təşviq etmək üçün güclü öhdəlik nümayiş etdirib. Azərbaycan, eyni zamanda öz milli səviyyədə müəyyən edilmiş töhfələrini hazırlayarkən də eyni qətiyyəti göstərib. 2050-ci il üçün müəyyən edilmiş hədəfin reallaşdırılmasını 15 il önə çəkərək, bu hədəflərin 2035-ci ildə növbəti milli səviyyədə müəyyən edilmiş töhfələr tsikli dövründə reallaşdırmağı hədəfləyib. Bu, son üç onillikdə ərazilərimizin işğal edilmiş və dağıdılmış iyirmi faizində genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə fəaliyyətlərini davam etdirdiyimiz şəraitdə belə, iqlim fəaliyyətinə davamlı öhdəliyimizi əks etdirir: “Azərbaycan COP30 prezidentliyinin “İcra COP”u baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam dəstəkləməyə və töhfə verməyə hazırdır. Spiker Sahibə Qafarova, Braziliyanı bu mühüm prosesdə dəstəkləməyə, vacib qərarları qəbul etməyə, planetimiz və gələcəyimiz üçün olduqca həlledici olan fəaliyyətlərin həyata keçirilməsinə çağırıb”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri