Icma.az
close
up
RU
COP30 un fəaliyyət mərhələsi mahiyyətcə COP29 un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir ŞƏRH

COP30 un fəaliyyət mərhələsi mahiyyətcə COP29 un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

COP29 iqlim maliyyəsinin gələcək arxitekturasını müəyyənləşdirən ən həlledici qərarların qəbul olunduğu mərhələ olubsa, COP30 həmin çərçivələrin real tətbiqinə yönəlmiş icra platforması rolunu oynayır. Bu proses “Hər icranın arxasında bir qərar, hər qərarın arxasında isə bir liderlik dayanır” prinsipini bir daha təsdiqləyir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbirini AZƏRTAC-a şərh edərək bildirib ki, bu konfrans 2024-cü ildə Bakıda keçirilmiş COP29-un simvolik və məzmun baxımından məntiqi ardıcıllığıdır.

O qeyd edib ki, Bakıda ilk dəfə olaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə, məsuliyyət və əməkdaşlıq balansının yenidən qurulması, əslində COP prosesində uzun illərdir mövcud olan boşluğu dolduran dönüş nöqtəsi olub.

“Bu, təkcə iqlim maliyyəsinin həcmi ilə bağlı məsələ deyildi. Bakı modeli ölkələr arasında öhdəliklərin necə paylaşılacağı, maliyyə axınlarının hansı prinsiplərlə yönləndiriləcəyi və qlobal iqlim fəaliyyətində kimin hansı məsuliyyəti daşıyacağına dair yeni və daha ədalətli mexanizm formalaşdırıb. COP29 çərçivəsində qlobal həmrəylik görünməmiş səviyyədə gücləndi: 130-dan çox ölkə COP29 naminə “Birgə Atəşkəs Çağırışı”nı, 90-dan çox hökumət və 1000-dən çox təşkilat isə COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsini imzalayıb. Konfransın ən mühüm nəticələrindən biri inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1,3 trilyon dollara çatdırılması hədəfinin müəyyən edilməsidir. Bununla yanaşı, iqlim maliyyəsi tarixində ilk dəfə olaraq konkret rəqəm üzərində razılıq əldə olunub və Yeni Kollektiv Kəmiyyət Hədəfi əvvəlki öhdəliklərlə müqayisədə üç dəfə artırılaraq yeni qlobal standart kimi təsbit edilib. Belemdə ortaya qoyulan bütün yeni layihələr, adaptasiya təşəbbüsləri, şəhər siyasətləri və regional proqramlar məhz Bakıda müəyyənləşdirilmiş bu balansın üzərində qurulur. Yəni COP30-un fəaliyyət mərhələsi mahiyyətcə COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir. Məhz buna görə “Bakıdan Belemə gedən yol” sadəcə iki COP konfransı arasındakı keçid deyil, qlobal iqlim prosesinin özündə qərardan icraya keçidi simvolizə edir. Belemdə artıq icra mərhələsi başlayıb, yəni ölkələr konkret layihələr, şəhər siyasətləri, adaptasiya proqramları və texnoloji həllər üzərində işləyirlər. Bakı isə o qərarların verildiyi yer idi, yəni Belemin işə başlaya bilməsi üçün lazım olan qlobal razılaşmalar, maliyyə çərçivəsi və siyasi konturlar COP29-da formalaşdırılıb. Bu baxımdan COP29-un çəkisi və əhəmiyyəti daha yüksək qiymətləndirilir: Bakı qlobal iqlim prosesində qaydaları müəyyənləşdirdi, Belem isə həmin qaydaların tətbiq olunduğu mərhələni həyata keçirir”,- deyə müsahibimiz diqqətə çatdırıb.

C.Bəbirova əlavə edib ki, Belemdə keçirilən COP30 konfransı iqlim prosesinin icra mərhələsinə keçdiyini göstərərək əsas diqqəti adaptasiya, şəhərsalma, su təhlükəsizliyi və tullantıların idarə olunması kimi praktiki sahələrə yönəldib: “Açılışda təqdim olunan PAS – Çoxtərəfli İdarəetmənin Sürətləndirilməsi Planı və CHAMP – Yüksək Ambisiyalı Tərəfdaşlıq Koalisiyası ölkələrin milli iqlim planlarında yerli idarəetmənin rolunu gücləndirməyi hədəfləyərək konfransın əsas istiqamətini müəyyənləşdirdi. Bunun ardınca “Beat the Heat” təşəbbüsü 185 şəhərdə ekstremal istiliklərlə mübarizədə yeni mərhələyə keçidi təmin etdi, su təhlükəsizliyi üzrə 20 milyard dollarlıq regional investisiya proqramı elan olundu və “Near-Zero and Resilient Buildings” ilə “NOW” kimi qlobal standartlar tətbiq mərhələsinə daxil edildi. Ümumilikdə 400-dən çox təşəbbüsün təqdim olunması COP30-un mahiyyətinin məhz real layihələr, yerli səviyyədə adaptasiya və konkret icra mexanizmlərinə yönəldiyini təsdiqləyib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri