COP31 in ilk həftəsində rekord iştirakçı: Zirvəyə damğa vuran hadisələr
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransı (COP31) ilk həftəsini rekord iştirak və diqqətçəkən hadisələrlə başa vurub.
Sherg.az xəbər verir ki, noyabrın 9-da başlayan beynəlxalq sammitdə qeydiyyatdan keçən iştirakçıların sayı 120 mini ötüb. Təxminən 1,1 milyon kvadratmetrlik EXPO ərazisində təşkil olunan tədbirdə rəsmi danışıqlar Mavi Zonada, biznes və vətəndaş cəmiyyəti tədbirləri isə Yaşıl Zonada keçirilib.
İlk həftədə diplomatik görüşlərlə yanaşı, maraqlı görüntülər və texnoloji təqdimatlar da diqqət çəkib.
Fatih Birolun təşəbbüsü və Al Qorun açıqlaması
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol qlobal enerji istehlakında elektrik enerjisinin payını hazırkı 23 faizdən 2035-ci ilədək 35 faizə çatdırmağı hədəfləyən “35 by 35” təşəbbüsünü təqdim edib. O, Antalyadan dünyaya “Gələcək elektrik enerjisindədir” mesajı verəcəklərini bildirib.
ABŞ-ın keçmiş vitse-prezidenti Al Qorun Birol haqqında “Türkiyənin övladı və qlobal qəhrəman” ifadəsini işlətməsi də sammitin diqqətçəkən məqamlarından olub.
Filistin Baş naziri ayaqüstə alqışlandı
COP31-in ən yaddaqalan görüntülərindən biri Fələstin Baş naziri Məhəmməd Mustafanın sammitdə çıxışı zamanı qeydə alınıb.
Türkiyənin ekologiya, şəhərsalma və iqlim naziri, COP31-in prezidenti Murat Kurum Türkiyənin hər zaman Fələstinin və Qəzzanın yanında olduğunu vurğulayıb. Onun çıxışından sonra Məhəmməd Mustafa iştirakçılar tərəfindən ayaqüstə alqışlanıb və Kuruma təşəkkür edib.
Paşinyanın videoları müzakirələrə səbəb oldu
Sammitin sosial şəbəkələrdə ən çox müzakirə edilən simalarından biri Ermənistanın Baş naziri Nikol Paşinyan olub.
Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Dublinə yola düşərkən otel otağında çantasını hazırladığı anları paylaşıb. O, masadakı Anamur bananını pencəyinin cibinə qoyaraq videosuna “Antalyanı bitirdik, yığışırıq” qeydi əlavə edib.
Ermənistan baş nazirinin armudu stəkanda türk çayı içdiyi və Tarkanın “Şımarık” mahnısının müşayiəti ilə bölgə xalqlarına xoş arzularını çatdırdığı görüntülər də maraq doğurub.
Çin robotu və dron şousu diqqət çəkdi
Çin pavilyonunda nümayiş etdirilən süni intellektlə işləyən humanoid robot da ziyarətçilərin diqqətini çəkib. Ənənəvi Çin geyimində təqdim olunan robot rəqslər, breykdans hərəkətləri və kunq-fu fəndləri nümayiş etdirib.
Sammit iştirakçıları ilə əl sıxan robot və Antalya səmasında təşkil edilən dron şousu ölkələrin texnoloji imkanlarını da nümayiş etdirib.
Quterreşdən fosil yanacaqlara sərt mesaj
BMT-nin Baş katibi Antonio Quterreş sammitdə fosil yanacaqlardan imtina, meşələrin qırılmasının qarşısının alınması, elektrikləşmənin genişləndirilməsi və qlobal elektrik şəbəkələrinin inkişafı kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
O, qlobal temperatur artımını əsrin sonunadək 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədinin hələ də mümkün olduğunu, bunun üçün istixana qazı emissiyalarının dərhal və kəskin şəkildə azaldılmalı olduğunu bildirib.
Quterreş fosil yanacaq lobbilərinin təsirini də tənqid edərək diqqətçəkən ifadə işlədib:
“Dinozavrların lobbi qrupu yox idi, amma fosil yanacaqların var”.
COP31-in ilk həftəsi Türkiyənin ev sahibliyi etdiyi sammitin yalnız iqlim müzakirələri deyil, diplomatik təmaslar, siyasi mesajlar və texnoloji yeniliklər baxımından da geniş beynəlxalq diqqət topladığını göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















