Icma.az
close
up
RU
ÇÖRƏYİN faydaları nələrdir?

ÇÖRƏYİN faydaları nələrdir?

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bəzi qidalanma mütəxəssisləri çörəyin ən böyük faydasının içində yox, məhz qabığında olduğunu bildirirlər. İddialara görə, bişirmə prosesi zamanı çörəyin qabığında kolon xərçənginin qarşısını almağa kömək edən yüksək səviyyədə antioksidantlar yaranır.

BAKU.WS xəbər verir ki, bu məsələyə aydınlıq gətirmək üçün Veçernyaya Moskva nəşri endokrinoloq və dietoloq Aleksey Kalinçev ilə danışıb.

Aleksey Kalinçev çörəyin qidalanmada mühüm rol oynadığını vurğulayaraq, onun "süfrənin əsas məhsulu" hesab edildiyini bildirib. Ancaq bu fikrin əsasən çovdar unundan bişmiş çörəyə aid olduğunu qeyd edib. Mütəxəssisə görə, çovdar çörəyi tərkibcə qarabaşaq yarması sıyığı ilə bənzərlik təşkil edir və uzun müddət toxluq hissi yaradır.

"Çörək istənilən fiziki fəaliyyət üçün enerji mənbəyidir. Lakin onun əsas məqsədinin qabığındakı antioksidantlar olduğunu söyləmək doğru olmaz. Çörək, ilk növbədə, qida məhsuludur və düzgün balanslaşdırılmış qidalanmanın bir hissəsi kimi istehlak edilməlidir", – deyə ekspert bildirib.

Sovet dövründə insanlar gün ərzində az yemək yesələr də, daha çox fiziki hərəkət etdiklərindən kifayət qədər enerjili olurdular. O dövrdə nahar zamanı ağ çörək, süd və ya kefirdən ibarət sadə qidalar geniş yayılmışdı. Kalinçevə görə, çörək orqanizmə enerji verir, lakin az hərəkət edən və çəki artımı problemi yaşayan insanlar onun istehlakını məhdudlaşdırmalıdırlar.

Qara çörək niyə daha faydalıdır?

Mütəxəssis çörək yeyərkən ağ undan hazırlanmış məhsullardan imtina etməyi, əvəzinə qara və çovdar çörəyinə üstünlük verməyi tövsiyə edib.

Bununla belə, o vurğulayıb ki, səhər yeməyini yalnız çörək və çayla əvəz etmək düzgün deyil. Sağlam qidalanma üçün karbohidratlarla yanaşı, zülallar və yağlar da balanslaşdırılmış şəkildə qəbul edilməlidir.

Çörək "şeytanlaşdırılmamalıdır"

Dietoloq çörəyin sağlam insanlar üçün zərərli hesab edilməsinin doğru olmadığını bildirib. Onun fikrincə, antioksidantlarla zəngin olan digər məhsullar da var və onları qida rasionuna əlavə etmək mümkündür.

"Çörək düzgün istehlak edildiyi halda faydalıdır. Onu şeytanlaşdırmağa ehtiyac yoxdur. Eyni zamanda, sağlam qidalanmanı qorumaq üçün balanslı qidalanmaya riayət etmək və hərəkətli həyat tərzi keçirmək vacibdir", – deyə ekspert əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri