Icma.az
close
up
RU
COVID 19 peyvəndi ilə bağlı sirr açılır: Rəsmilərin elə mesajları yayılacaq ki...

COVID 19 peyvəndi ilə bağlı sirr açılır: Rəsmilərin elə mesajları yayılacaq ki...

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verildiyi kimi, “The New York Times” qəzetinin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və “Pfizer” şirkətinin baş direktoru Albert Bourla arasında milyardlarla avro dəyərində COVID-19 peyvəndinin alınması ilə bağlı mətn mesajlarına giriş tələb edib. 

Ancaq Avropa Komissiyası bu tələbi rədd edib. İş  Avropa Məhkəməsinə qədər gedib çıxıb və məhkəmə Avropa Komissiyasının imtina qərarını rədd edib. “The New York Times” yazıb  ki, 1 yanvar 2021-ci il və 11 may 2022-ci il tarixləri arasında göndərilən mesajlar pandemiyanın qızğın çağında bir milyard avro dəyərində peyvənd sövdələşmələrinə işıq sala bilər.

Avropa Komissiyası xanım fon der Leyenin mesajları saxlamadığını bildirərək onları açıqlamaq tələbini rədd edib. Bu, qəzetin fon der Leyenə məhkəmədə qarşı iddia qaldırmasına səbəb olub.2021-ci ilin aprelində qəzetə verdiyi müsahibədə direktoru Albert Bourla Avropa İttifaqına 1,9 milyard doza “Pfizer-BioNTech” COVID peyvəndi vermək üçün gərgin danışıqlar zamanı fon der Leyen ilə necə etibarlı münasibət qurduğundan bəhs edib.

O, müqavilənin son mərhələsində “WhatsApp”-da bir-birlərinə mesaj yazdıqlarını deyib. Lakin qəzet bu mesajları əldə etməyə cəhd edəndə, Avropa Komissiyası gah onların mövcudluğunu qəbul etməkdən, ya da məzmununu dərc etməkdən yayınıb.

Qəzet Avropa Komissiyasının sədrini Aİ-nin şəffaflıq qaydalarını pozmaqda ittiham edərək, Avropa Ədalət Məhkəməsində iddia qaldırıb. Komissiya Avropa peyvəndi tədarükü müqavilələrinin üzv dövlətlərin dəstəyi ilə müzakirə edildiyini, yeddi ölkədən olan bir qrupun peyvəndin çox ehtiyac duyulan dozalarını təmin etmək üçün Komissiya rəsmiləri ilə gecə-gündüz işlədiyini bildirib. Avropa Ədalət Məhkəməsi açıqlamasında bildirib ki, Aİ-nin şəffaflıq qanunu ictimaiyyətin Aİ təsisatlarında saxlanılan sənədlərə çıxış hüququnu tanıyır. Məhkəmə müəyyən edib ki, əgər Aİ qurumu müəyyən sənədlərin mövcud olmadığını bildirirsə, belə bir bəyanat üçün “həqiqət prezumpsiyası” var.

Məhkəmə, həmçinin qərara alıb ki, “The New York Times” və onun ovaxtkı Brüssel bürosunun rəhbəri Matina Stevies-Gridneff Bourla və AK rəhbəri fon der Leyen arasında mətn mesajlarının mövcudluğunu göstərən "müvafiq və ardıcıl" sübutlar təqdim edib.

“Belə bir vəziyyətdə komissiya tələb olunan sənədlərə malik olmadığını sadəcə bəyan edə bilməz, ictimaiyyətə və məhkəməyə bu sənədlərin niyə tapılmadığını başa düşməyə imkan verən etibarlı izahatlar verməlidir”, - deyə məlumatda bildirilir.

Məhkəmə Komissiyadan sözügedən sənədlərin tapılması üçün hansı axtarışların aparıldığını və ya bu axtarışların harada aparıldığını müəyyən etmək üçün təfərrüatlı izahat tələb edib. Amma AK “tələb olunan sənədlərin olmamasını əsaslandırmaq üçün ağlabatan izahat” verə bilməyib.

Məhkəmə, həmçinin qərara alıb ki, Komissiya sözügedən mətn mesajlarının silinib-silinmədiyini və əgər silinibsə, silinmənin qəsdən və ya avtomatik həyata keçirilib-keçirilmədiyini və ya bu arada prezidentin mobil telefonunun dəyişdirilib-deyişilmədiyini kifayət qədər aydınlaşdırmayıb. Avropa Komissiyası, həmçinin COVID-19 peyvəndinin satın alınması kontekstində olan mətn mesajlarında vacib məlumatların olub-olmaması barədə "ağlabatan izahat" verə bilməyib. Bu isə sözügedən mesalarda qaranlıq məqamların olmasından xəbər verir.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: COVID-19 peyvənd mesajlar Ursula fon der Leyen “Pfizer”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri