Icma.az
close
up
RU
COVID 19 qadınlarda qan damarlarının daha sürətli qocalmasına səbəb ola bilər TƏDQİQAT

COVID 19 qadınlarda qan damarlarının daha sürətli qocalmasına səbəb ola bilər TƏDQİQAT

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 18 avqust, AZƏRTAC

Yeni tədqiqatın nəticələrinə əsasən, COVID-19 infeksiyası qadınlarda qan damarlarının sürətlə qocalmasına səbəb ola bilər.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, “European Heart Journal” elmi jurnalında dərc olunan araşdırma bu təsirin əsasən qadınlarda müşahidə edildiyini ortaya qoyub. Tədqiqat çərçivəsində 16 ölkədən 2 min 390 nəfərin məlumatları təhlil olunub və COVID-19-a yoluxmuş, həm də yoluxmamış şəxslərin qan damarlarının vəziyyəti qiymətləndirilib. Bu virusa yoluxmuş şəxslərdə damarların bioloji yaşı qan təzyiqinin boyun arteriyasından bud arteriyasına keçmə sürəti ilə ölçülüb. Bu ölçü göstəricisi damar sərtliyini və beləliklə də, onların yaşını müəyyənləşdirmək üçün istifadə edilib.

Nəticələr göstərib ki, COVID-19 virusuna yoluxmuş şəxslərdə hətta yüngül simptomatik hallarda belə, damarlar daha sərt olub. Maraqlıdır ki, bu fərq statistik olaraq qadınlarda daha geniş müşahidə edilib. Kişilərdə isə demək olar ki, heç bir fərq qeydə alınmayıb. Tədqiqatçılar bu fenomeni COVID-19 zamanı ölüm hallarının kişilər arasında daha çox olması ilə əlaqələndiriblər.

Bundan başqa, peyvənd olunmuş şəxslərdə damar sərtliyinin daha az olduğu müəyyən edilib. Araşdırmanın nəticələrinə əsasən, reanimasiyada müalicə alan pasiyentlərdə damar qocalması təsiri 12 ay sonra əhəmiyyətli dərəcədə geri çəkilib. Bu hal intensiv müalicənin də damar sağlamlığına təsir edə biləcəyi ehtimalı kimi qiymətləndirilir.

Almaniya Ürək Fondunun sədr müavini professor Heribert Şunkert araşdırmanı müəyyən mənada “xəbərdarlıq siqnalı” adlandırıb və nəticələrin ətraflı təhlil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, COVID-19 kimi geniş yayılmış bir infeksiyanın damar qocalmasına təsiri cəmiyyət səviyyəsində böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər bu istiqamətdə əlavə tədqiqatların aparılmasının vacibliyini qeyd edir və nəticələrin, xüsusilə, qadınların post-COVID sağlamlığına dair daha çox diqqət tələb etdiyini bildirirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri