Icma.az
close
up
RU
Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur

Tədqiqat: Kosmosa uçuş insanın kök hüceyrələrinin qocalmasına səbəb olur

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Kosmosa uçuş insanın bəzi kök hüceyrələrini daha sürətli qocaldır. Yeni bir araşdırma alimlərin kosmik tədqiqatların insan orqanizminə potensial təsirlərini daha yaxşı başa düşməsinə imkan yaradıb. AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalının saytında məlumat verilib.

Alimlər bildirirlər ki, kök hüceyrələri bütün bədəndə mövcuddur, onlar özlərini daha çox yarada, yaxud bərpa üçün qan, beyin və ya sümük hüceyrələri də daxil olmaqla digər xüsusi hüceyrələrə çevrilə bilər.

Sanford Kök Hüceyrə İnstitutunun direktoru və Kaliforniya Universitetinin tibb professoru Katrina Ceymison bildirib ki, kosmosda kök hüceyrələrinin funksiyası azalır. Onlar, əslində, özlərini yeniləmək və ya bərpa etmək qabiliyyətlərini azaldırlar və bu, uzunmüddətli kosmik missiyalar üçün vacib kəşfdir.

NASA-nın maliyyələşdirdiyi tədqiqat “SpaceX”-in 2021-ci ilin sonundan 2023-cü ilin əvvəlinə qədər həyata keçirdiyi dörd Beynəlxalq Kosmik Stansiyanın təchizat missiyası zamanı həyata keçirilib. Araşdırma “Cell Stem Cell” jurnalında dərc olunub. Bu, kök hüceyrələrinin kosmosda, aşağı Yer orbitində real vaxtda necə davrandığına baxan ilk araşdırmadır və kosmosa uçmağa hazırlaşan astronavtların sağlamlıq idarəçiliyinə birbaşa təsir göstərə bilər.

K.Ceymison bildirib: “Kök hüceyrəsi sağlamlığını öyrənmək və kimin kosmosdakı sərtliklərə tab gətirə biləcəyini görmək vacibdir. Çünki kosmik uçuşlar stresli bir prosesdir”.

NASA 2010-cu ildə “Discovery” kosmik gəmisindən istifadə edərək kosmosa uçuşların kök hüceyrələrinə təsiri ilə bağlı ilk təcrübələrdən birini həyata keçirib. “Kök hüceyrəsi regenerasiyası təcrübəsi” adlanan bu tədqiqat mikroqravitasiyanın siçanların embrion kök hüceyrələrinin digər növ hüceyrələr yaratmaq qabiliyyətinə necə təsir etdiyini araşdırıb.

Yeni araşdırmada tədqiqatçılar omba dəyişdirmə əməliyyatı keçirən xəstələrin bağışladığı sümük iliyi kök hüceyrələrini araşdırıblar. İmmunitet sisteminin və qanın sağlamlığı ilə birbaşa əlaqəli olan kök hüceyrələri mobil telefon ölçüsündə xüsusi hazırlanmış bioreaktorlarda yerləşdirilən steril süngər matrisinə yerləşdirilib. Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində hüceyrələr onların vəziyyətini real vaxt rejimində müəyyən edə bilən süni intellekt sistemi tərəfindən daima nəzarətdə saxlanılıb.

Ceymison əlavə edib: “Bizim kök hüceyrələrimiz tam funksiyalarını qorumaq üçün vaxtın 80 faizini yuxuda (hərəkətsiz) keçirməlidir. Bununla belə, mikroqravitasiya və kosmik radiasiyanın onların rifahına təsir etdiyi kosmosda heç də belə deyildi”.

Tədqiqatda iştirak edən bəzi hüceyrələr 45 günə qədər kosmosa qalıb və normadan daha aktiv olduqları üçün onların enerji ehtiyatları tezliklə tükənib, sürətlənmiş qocalma əlamətləri meydana çıxıb. Onların yeni hüceyrələr yaratmaq qabiliyyəti də azalıb və DNT-nin təkrarlanan elementlər və ya “qaranlıq genom” adlanan normal gizli hissələri aktivləşməyə başlayıb.

Alim qeyd edib: “Stres şəraitində bu təkrarlanan elementləri aktivləşdiririk. Bunlar minlərlə il əvvəl genomumuzu zəbt etmiş və DNT-mizin 55 faizini təşkil edən retroviruslardır. Onlar kök hüceyrələri ölüm spiralına göndərir. Hüceyrələr sadəcə olaraq həddindən artıq gərginlik hiss edir, böhran keçirir, nəticədə çox tez qocalır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri