Icma.az
close
up
RU
COVID karantinləri uşaqlarda mühüm istedadı məhv edib?

COVID karantinləri uşaqlarda mühüm istedadı məhv edib?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

COVID-19 pandemiyası zamanı tətbiq edilən karantin tədbirlərinin uzunmüddətli təsirləri hələ də araşdırılır. Yeni bir tədqiqat bu məhdudiyyətlərin xüsusilə azyaşlı uşaqlarda sosial idrakın inkişafına mənfi təsir etdiyini ortaya qoyub.


Sosial idrak və onun əhəmiyyəti

Qaynarinfo "Scientific Research"a istinadən xəbər verir ki, sosial idrak başqalarının davranışlarını anlama və düzgün şərh etmə bacarığı kimi təsvir olunur. 

Bu qabiliyyət insanların bir-biri ilə effektiv ünsiyyət qurmasına və sağlam sosial münasibətlər formalaşdırmasına kömək edir. Lakin pandemiya dövründə tətbiq edilən sosial məsafə qaydaları və məktəblərin bağlanması, xüsusilə aşağı sosial-iqtisadi statusa malik ailələrdən gələn məktəbəqədər yaşdakı uşaqların sosial idrak qabiliyyətinin inkişafına mane olub.

Yanlış inanc anlayışında geriləmə

Kaliforniya-Mersed Universitetindən bir tədqiqat qrupu pandemiyadan əvvəl və sonra toplanmış 3,5-5,5 yaş aralığındakı uşaqlara aid məlumatları müqayisə edib. Təcrübədə əsasən "yanlış inanc anlayışı" adlanan fenomen öyrənilib. Bu, uşaqların başqalarının səhv edə biləcəyini dərk etmə bacarığıdır.

Universitetin psixologiya professoru və araşdırmanın aparıcı müəllifi Rouz Skott bildirib ki, nəticələr olduqca diqqətçəkicidir:

"Laboratoriyamızda pandemiyadan əvvəl test olunan 2,5 yaşlı uşaqlar bu tapşırığı uğurla yerinə yetirə bilirdi. Lakin karantindən sonra 5 yaşlı uşaqların belə bu testi keçə bilmədiyini gördük".

Pandemiya öncəsi test olunan 5 yaşlı uşaqların 80%-i (beşdə dördü) bu bacarığı nümayiş etdirdiyi halda, pandemiya sonrası bu göstərici 63%-ə (beşdə üçdən bir qədər çox) düşüb. Aşağı gəlirli ailələrdən gələn uşaqlar arasında isə bu göstərici 51%-ə enib.

Araşdırma bu fərqlərin dəqiq səbəblərini müəyyən etməsə də, əvvəlki tədqiqatlar göstərir ki, yüksək gəlirli ailələrdə valideynlərin övladları ilə daha çox vaxt keçirmək imkanı olduğu üçün bu uşaqlarda sosial bacarıqların inkişafına müsbət təsir edən əlavə fərdi ünsiyyət yaranıb.

Gələcəkdə çətinliklər yarana bilər

Tədqiqatçılar bildirir ki, sosial idrak bacarıqları zəif olan uşaqlar, gələcəkdə akademik və sosial sahələrdə çətinliklərlə qarşılaşa bilərlər. Professor Skott bununla bağlı qeyd edir:

"Sinifdə bir uşağın başqaları ilə qarşılıqlı əlaqədə olması üçün nələri nəzərə almalı olduğunu düşünün. O, dostluq qurmaq istəyir, lakin effektiv sosial ünsiyyət üçün digər uşaqların baxış bucaqlarını da anlamalıdır. Məsələn, iki uşaq fərqli oyunlar oynamaq istəyirsə, hər ikisi bir-birinin baxış bucağını nəzərə alaraq ortaq qərara gəlməlidir".

Bu, COVID-19-un uşaqların sağlamlığı və inkişafı üzərindəki təsirini araşdıran ilk elmi iş deyil. Əvvəlki tədqiqatlar göstərib ki, pandemiya ergenlik yaşına çatan qızlarda beynin erkən qocalmasına və inkişaf geriliyinin artmasına səbəb olub. Ümumilikdə, COVID-19-un uşaqlar və gənclər üzərində uzunmüddətli təsirlərinin olduğu daha aydın şəkildə görünməyə başlayır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri