Icma.az
close
up
RU
Çox az bilinən, iqtisadiyyat üçün çətin vəziyyət Staqflyasiya nədir?

Çox az bilinən, iqtisadiyyat üçün çətin vəziyyət Staqflyasiya nədir?

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bazar şəraitində qiymətlərartırsa, bu, iqtisadi canlanmanın göstəricisi olur, yəni istehsal, istehlak və məşğulluq da yüksəlir. Əksinə, iqtisadi durğunluq zamanı inflyasiya azalır, qiymətlər sabitləşir və ya enir. Lakin bəzi hallarda bu qayda pozulur və iqtisadiyyat eyni anda həm durğunluq, həm də inflyasiya ilə üz-üzə qalır. Bu nadir, amma çox çətin vəziyyət staqflyasiya adlanır.

Ölkə.az Valyuta.az-a istinadən staqflyasiya haqqında geniş məlumatı təqdim edir:

Staqflyasiya iqtisadiyyatda eyni zamanda yüksək inflyasiya, aşağı iqtisadi artım və yüksək işsizlik müşahidə olunan vəziyyətdir.
Bu, hökumətlər və mərkəzi banklar üçün ən mürəkkəb iqtisadi ssenarilərdən biridir. Çünki inflyasiyanı cilovlamaq üçün pul siyasətini sərtləşdirmək iqtisadi durğunluğu dərinləşdirə bilər. Bundan başqa iqtisadiyyatı canlandırmaq üçün pul kütləsini artırmaq isə inflyasiyanı daha da yüksəldir.
Staqflyasiya vəziyyətinin yaranmasının bir neçə əsas səbəbi var. 

Bunlardan biri təklif şoklarıdır.Ənənəvi səbəblərdən biri istehsal xərclərinin kəskin artmasıdır. Məsələn, neft və enerji qiymətlərinin qəfil bahalaşması istehsal və daşınma xərclərini yüksəldir, nəticədə qiymətlər artır, amma iqtisadi artım zəifləyir.

Yaranma səbəblərindən biri pul siyasətində səhvlərdir. Bəzi hallarda hökumət və mərkəzi bankların yanlış addımları (məsələn, həddindən artıq pul çapı, vaxtında faiz artımı etməmək) həm inflyasiyaya, həm də durğunluğa yol aça bilər.Struktur problemləri sə staqflyasiyaya gətirib çıxarır.

İqtisadiyyatda istehsalın səmərəsizliyi, zəif rəqabət, texnoloji geri qalma və əmək bazarındakı problemlər staqflyasiyanı dərinləşdirə bilər.

Staqflyasiyanın iqtisadiyyat üçün ağır nəticələri olur 

Əhalinin alıcılıq qabiliyyəti azalır. Qiymətlər qalxır, amma gəlirlər eyni sürətlə artmır.
İşsizlik yüksəlir. İstehsal azalır, müəssisələr işçi ixtisarına gedir.
İnvestisiya mühitinə mənfi təsir edir. Sərmayədarlar riskdən qaçır, iqtisadi bərpa yavaşlayır.
Sosial gərginlik arta bilər. İşsizlik və bahaçılıq eyni vaxtda insanların həyat səviyyəsini pisləşdirir.

Staqflyasiyanı aradan qaldırmaq çox çətindir, lakin bəzi strategiyalar tətbiq olunarsa, bu vəziyyəti dəyişmək olar

Pul siyasətini tarazlaşdıraraq, faiz dərəcələrinin mərhələli şəkildə artırılması ilə inflyasiyanın azaldılması, amma eyni zamanda iqtisadi canlanmanı tam boğmamaq, səmərəli infrastruktur xərcləmələri və istehsalı dəstəkləyən subsidiya proqramları ilə iqtisadi artımı stimullaşdırmaq, rəqabət mühitini yaxşılaşdırmaq, istehsalın səmərəliliyini artırmaq, yeni texnologiyalara investisiya etmək, idxaldan asılılığı azaltmaq, alternativ enerji mənbələrinə keçid və daxili istehsalın inkişaf etdirməklə bu prosesi ləngitmək və ya yumşaltmaq olar. 

Staqflyasiya iqtisadiyyat üçün “ikiqat təzyiq” yaradan nadir, amma çox təhlükəli haldır. İqtisadi siyasətçilər üçün bu vəziyyətdən çıxış yolu həm inflyasiyanı nəzarətə almaq, həm də iqtisadiyyatı canlandırmaq kimi iki zidd məqsədi eyni anda izləməyi tələb edir.

Bu səbəbdən staqflyasiya yalnız qısamüddətli tədbirlərlə deyil, həm də uzunmüddətli struktur islahatlarla aradan qaldırıla bilər. Neft və enerji bazarındakı dəyişikliklər, qlobal ticarət müharibələri və maliyyə bazarlarının qeyri-sabitliyi fonunda staqflyasiya riskləri gələcəkdə də aktual mövzu olaraq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Sentyabr 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri