Icma.az
close
up
RU
Çox evdə olan bu əşyalar boğulmalara səbəb ola bilər Həkimdən xəbərdarlıq

Çox evdə olan bu əşyalar boğulmalara səbəb ola bilər Həkimdən xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Otaq ətirləri və müxtəlif aromatik vasitələr son illərdə məişətdə geniş istifadə olunur. Bu məhsullar havanı xoş qoxulu etmək məqsədi ilə müxtəlif kimyəvi maddələrin yayılmasına əsaslanır. Lakin onların tərkibi və təsiri hər insan üçün eyni olmaya bilər. Xüsusilə tənəffüs yolları həssas olan şəxslərdə bu vasitələr ciddi narahatlıq yarada bilər. Bu səbəbdən otaq ətirlərinin istifadəsinə yanaşma diqqətli və məlumatlı olmalıdır.
Məsələ ilə bağlı pulmonoloq Əsəd Bəydullayev Demokrat.az-a bildirib ki, son vaxtlar geniş yayılan otaq qoxuları və ətirlər xüsusi cihazlar vasitəsilə çox xırda dispers hissəciklərə ayrılaraq otaqlara yayılır və havada xoş ətir əmələ gətirir:
"Amma araşdırdıqda məlum olur ki, bu ətirin yaranması üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur və bu maddələrin tərkibi fərqli insanlara fərqli təsir göstərə bilər. Bir insanda xoş hiss yaratdığı halda, digər insanda, xüsusilə tənəffüs yollarının hiperhəssaslığı olan, həmçinin yuxarı və aşağı tənəffüs yollarının allergik xəstəliklərindən əziyyət çəkən şəxslərdə ciddi fəsadlara səbəb ola bilər. Bundan əlavə, hər bir məhsulda olduğu kimi otaq ətirlərinin istifadəsində də düzgün qaydalara riayət olunmalıdır".
Həkim bildirib ki, bu məhsullara otağın ölçüsünə uyğun şəkildə istifadə edilməli, püskürtmələrin sayı nəzərə alınmalıdır:
"Məhsul alınarkən internet üzərindən araşdırma aparılmalı, keyfiyyətinə və tərkibinə əmin olunmalıdır. Bu qaydalara əməl edilmədikdə, kiçik bir otaqda həddindən artıq kəskin qoxu yarana bilər. Bu qoxu otaq sahibinə xoş gəlsə də, qonaqlar və ya körpə uşaqlar üçün ciddi narahatlıq və fəsadlara səbəb ola bilər. Xüsusilə allergik xəstələr və hiperhəssaslığı olan insanlar risk qrupuna daxildir. Eyni zamanda uzun illər siqaret çəkən insanlarda xroniki obstruktiv ağciyər xəstəliyi formalaşır. Bu şəxslər onsuz da nəfəsalma çətinliyi yaşayırlar və tənəffüs yollarında daralma olur. Belə insanlarda əlavə həssaslıq yaranarsa və bu cür qoxulu mühitə daxil olarlarsa, ciddi fəsadlarla üzləşə bilərlər".
Həkim deyib ki, allergik şəxslərdə allergik konyunktivit inkişaf edə bilər ki, bu da gözlərin qızarması və şişməsi ilə özünü göstərir:
"Allergik rinit isə burunda qaşınma, qızartı və axıntı ilə müşahidə olunur. Belə hallarda insanın həmin mühitdən uzaqlaşması, otağın havalandırılması və qoxu mənbəyinin aradan qaldırılması vacibdir.
Ümumilikdə, otaq ətirlərindən istifadə zamanı onların kimyəvi tərkibi, texniki xüsusiyyətləri və istifadə qaydaları diqqətlə öyrənilməlidir. Düzgün istifadə olunduqda bu vasitələr o qədər də zərərli olmur.
Allergik astma xəstəsində belə mühitdə boğulma hissi, sinədə xışıltı və xırıltı, asqırma, göz və burundan axıntı kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməli və ya təyin olunmuş astma əleyhinə dərmanlardan istifadə olunmalıdır",- deyə həkim qeyd edib.
Həkim tövsiyə edir ki, bu məhsulları alarkən tərkibi mütləq araşdırılmalı və keyfiyyətindən əmin olunmalıdır. Düzgün qaydada istifadə edildikdə bu vasitələrin zərəri minimuma ensə də, allergik şəxslər hər zaman ehtiyatlı olmalıdırlar.
Yəni, evdə istifadə etdiyimiz xoş qoxulu spreylər və cihazlar əslində kimyəvi maddə yayır. Bu maddələr astması, allergiyası olanlar və balaca uşaqlar üçün nəfəs darlığına səbəb ola bilər, ona görə də qoxunun ağırlığına və otağın havasına diqqət etmək lazımdır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri