Icma.az
close
up
RU
Çox satılır, amma təhlükəlidir ekspertdən ciddi xəbərdarlıq

Çox satılır, amma təhlükəlidir ekspertdən ciddi xəbərdarlıq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar paytaxtın bir çox küçə və bazarlarında balıq satanların sayı artıb. Əvvəllər yalnız supermarket və iri bazarlarda rast gəlinən bu mənzərə indi demək olar ki, hər məhəllədə görünür. Bəziləri bunu mal ətinin bahalaşması ilə əlaqələndirir, digərləri isə insanların daha sağlam qidaya, balığa üstünlük verməsi ilə izah edir. Amma küçədə satılan məhsulun təhlükəsizliyi ilə bağlı müəyyən suallar yaranır.

Globalinfo.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, balıq riskli məhsullar sırasına daxildir:

“Düzgün saxlanmadıqda, mənşəyi məlum olmadıqda, emal və bişirmə şəraiti yanlış olanda qida zəhərlənməsi qaçılmazdır. Bəzi balıqçılar və satıcıların doğru bildikləri yanlışlar var, bu da insan həyatını təhlükəyə atır. Zəhərlənmələrdən əsasən hamilə qadınlar, immun sistemi zəif olanlar,  yaşlılar, uşaqlar, həmçinin kimyaterapiya alan şəxslər əziyyət çəkilər. Doğru şərtlərdə satılmayan, mənşəyi və saxlanma şəraiti məlum olmayan balıqlar çox təhlükəlidir”.

Ağa Salamov

Ekspert bildirib ki, balığın tərkibində histamin maddəsinin artması onu zəhərli hala gətirir:

“Küçədə, piştaxtanın üstündə, maşının arxasında və bu kimi yerlərdə satılan balıqlar təhlükə vəd edir. Hava-damcı yolu ilə gələn virus və bakteriyalar məhsulun üzərinə hopa bilər. Bu, qismən təhlükəlidir, çünki balıq sonradan yuyulur və bişirilir. Əsas risk odur ki, balıq buzun içində saxlanmadıqda, soyuducu ilə təchiz olunmamış yerlərdə satıldıqda, bakteriya yükü sürətlə artır. Bu da, xüsusilə risk qrupuna aid insanlarda ölümcül nəticələrə gətirib çıxara bilər”.

Ağa Salamov qeyd edib ki, düzgün mənbədən məhsul almaq lazımdır:

“Pulcuqları tökülən, qarnı şişən, əti sümüyündən ayrılan balıqlar almasınlar. “Balığın qulağı qırmızı olanda təzə olur” kimi sözlər boş söhbətdir. Çünki bəzi işbazlar balığın qulağına çuğundur suyu vururlar ki, təzə görünsün. Ona görə də istehlakçılar ehtiyatlı olmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri