Icma.az
close
up
RU
Çox sıxmaq, ya sərbəst buraxmaq?

Çox sıxmaq, ya sərbəst buraxmaq?

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Həddən artıq sərbəstlik, həm də ciddi nəzarət uşağın inkişafında balanssızlığa səbəb ola bilər. İfrat sərbəstlik, adətən, uşağın özünü təhlükəsiz hiss etməməsinə, sərhədləri dərk etməməsinə və məsuliyyət hissinin formalaşmamasına gətirir. Belə mühitdə böyüyən uşaqlar qaydalara uyğunlaşmaqda çətinlik çəkə, qərar verməkdə impulsiv davrana bilərlər”.

Bunu “Yeni Sabah”a uşaq psixoloqu Zeynəb Əyyubova deyib.

Psixoloq vurğulayıb ki, digər tərəfdən, yüksək nəzarət və sərt tərbiyə uşağın özünə güvənini zəiflədər, təşəbbüskarlığını məhdudlaşdırar və valideynlə uşaq arasında emosional məsafə yaradar:

“Bu tip tərbiyədə böyüyən uşaqlar qorxulu, gərgin və ya üsyankar ola bilirlər. Psixologiyada ən sağlam model “demokratik valideynlik” adlanır. Bu yanaşmada həm sərhədlər var, həm də uşağa seçim etmə, öz fikrini bildirmə və tədricən müstəqil olma imkanı verilir.

Valideyn həm nəzarət edir, həm də azadlıq tanıyır; uşağın yaşına uyğun məsuliyyət paylaşılır. Əslində, sərbəstlik bir anda verilmir, mərhələli şəkildə artırılır. Uşağın yaşı, emosional yetkinliyi və situasiyanı dərk etmə bacarığı nəzərə alınmalıdır”.

Z. Əyyubova qeyd edib ki, sərbəstliyin ən sadə formaları var və bura geyimini seçmək, hansı oyunu oynayacağını müəyyən etmək, kiçik ev işlərində iştirak etmək daxildir. Bu dövrdə əsas məqsəd “özüm edə bilərəm” hissini gücləndirməkdir:

“Artıq məktəb yaşında uşaq daha geniş məsuliyyət daşıya bilər. Məsələn, dərs vaxtını planlanlaşdırma, öz otağını səliqəyə salmaqda və kiçik sosial qərarlar verməkdə ona sərbəstlik tanımaq olar. Bu dövr yeniyetməliyə keçid mərhələsidir. Uşaq artıq emosiyalarını, münasibətlərini və şəxsi məkan ehtiyacını daha çox hiss edir. Valideyn sərhədləri qoruyaraq, lakin yeniyetməyə daha geniş seçim imkanı yaradaraq onun özünüdərkinə dəstək olmalıdır.

Bu mərhələdə sərbəstlik daha çox müstəqil qərarvermə üzərində qurulur. Lakin valideyn nəzarəti tamamilə aradan qaldırmamalıdır, sadəcə nəzarət forması dəyişir: birbaşa müdaxilə deyil, müşahidə və dialoq. Nəticə etibarilə, uşaq tərbiyəsində ən uğurlu model sərbəstlik və nəzarətin balanslı şəkildə tətbiq olunduğu yanaşmadır. Valideyn həm qaydalar qoymalı, həm də uşağın özünü ifadə etməsinə şərait yaratmalıdır. Unutmaq olmaz ki, hər bir uşaq fərqlidir və tərbiyə prosesi də həmin fərdiyyətə uyğun şəkildə qurulmalıdır”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri