Icma.az
close
up
RU
Çoxlarını dolandıran Sahil məhkəmədəcə HƏBS EDİLDİ

Çoxlarını dolandıran Sahil məhkəmədəcə HƏBS EDİLDİ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Bakıda vətəndaşlara qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yaxın qohumu, yeznəsi olan Sahil Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən Sahil Nəhmətovun vəkili pulun onun tərəfindən alınıb verilməsinə dair hər hansı sübutların olmamasını deyərək, cinayət işində bununla bağlı hissənin çıxarılması barədə vəsatət verib.

Daha sonra iş üzrə zərərçəkənlərin vəkilləri çıxış edərək, S. Nehmətov barəsində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədən istəyiblər. Vəkillər buna əsas kimi zərərçəkənlərə vurulan maddi ziyanın ödənilməməsini əsas gətiriblər.

Məhkəmə tərkibi qısa müşavirədən S. Nehmətovun vəkilinin vəsatətinin təmin olunmadığını bildirərək, Nehmətovun məhkəmə zalından həbs olunması ilə bağlı qərar verib.

Növbəti proses yanvarın 30-a təyin olunub.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Səmədov Sirac Azad oğlu və Nəhmətov Sahil Nizami oğlu özgənin əmlakını qanunsuz ələ keçirmək  məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında M.N-nin etibarından sui-istifadə edib etibarnamə verilməsinə nail olaraq M.N-nin “BMW330İ” markalı avtomobilini sataraq pul vəsaitini ələ keçirməklə 60 000 manatını mənimsəyiblər. Digər zərərçəkənlər Ü.M-nin 50 000 manat nağd vəsaitini və onun adından mülki etibarnamə alınmasına nail olaraq 300 000 manat dəyərində olan mənzilini ələ keçirməklə ümumilikdə 350 000 manat, Bakı sakini H.M-ya məxsus “Land Lover Range Rover” markalı avtomobili 140 000 manata satıb onların da qazanc əldə etməklə həmin məbləğ pulu verəcəyi barədə yalan vəd verərək 140 000 manat, N.M-nın etibarından sui-istifadə edərək, onun “Land Lover Range Rover” markalı avtomobilini 136 000 manata sataraq pulu verəcəyi barədə yalan vəd verərək aldadıblar.

Digər zərərçəkən Q.V-ə ümumilikdə 330 000 manat, Ş.T-nın etibarından sui-istifadə edərək, onun 160 000 manat dəyərində olan qeyri-yaşayış sahəsini sataraq əldə etdiyi məbləğin üzərinə 40 000 manat da əlavə etdirib yenidən sərfəli obyektin alınıb satılaraq bir daha qazanc əldə edəcəklərinə Ş.T-nı inandıraq həmin məbləği verəcəyini deyərək ona ümumilikdə 200 000 manatını mənimsəyiblər.

Təqsirləndirilən bundan başqa Bakı sakini B.B-nin etibarından sui-istifadə edərək mənzil və qeyri-yaşayış sahələri alıb təmir etdirdikdən sonra yaxşı qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verərək hiss-hissə 1 200 000 manat pul almış, onun mülkiyyətində olan “Səbət” restoranının 1-2 hissəsini 600 000 manat dəyərləndirməklə B.B-nin mülkiyyətinə keçirmiş, qalan 600 000 manat pulunu ələ keçirdiblər.

Beləliklə təqsirləndirilənlər ümümilikdə vətəndaşlarün 5 milyondan artıq pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

 Faktla bağlı cinayət işi başlanaraq, hər iki şəxs məsuliyyətə cəlb olunub. Sahil Nehmət barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə ona qarşı  Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) Sirac Səmədov barəsində həbs qətimkan tədbiri seçilməklə ona qarşı Cinayət Məcəlləsinin 178.4 (Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri