Icma.az
close
up
RU
Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşayan yüz minlərlə insan iqtisadi çətinliklərin və sosial ədalətsizliyin amansız üzü ilə qarşılaşır.

Bəs bu vəziyyətin arxasında hansı səbəblər dayanır? Necə olur ki, ABŞ-da bu qədər evsiz insan var?


Sfera.az bildirir ki, son illərdə ABŞ-da qeydə alınan evsizlərin sayı həyəcan verici həddə çatıb. 2022-ci ilin məlumatlarına görə, evsiz qalanların sayı 582 min nəfər olub.
 

Bu rəqəmin 22%-ni xroniki evsizlər, 6%-ni veteranlar, 5%-ni isə 25 yaşa qədər gənclər təşkil edir.Xüsusən də böyük şəhərlərdə kirayə qiymətlərinin astronomik artımı bir çox insanı çətin vəziyyətdə qoyur.
 

Kaliforniya bu baxımdan evsizlərin ən çox olduğu əyalət kimi önə çıxır; burada hər 10 000 nəfərə düşən evsizliyin səviyyəsi 43,8%-ə yüksəlir.
 

Xüsusilə Kaliforniyada kirayə qiymətləri 1700-2000 dolları ötdükcə, bir çox insanın dolanışığını təmin etmək getdikcə çətinləşir. İqtisadi sıxıntı və işsizlik evsizlik fenomenini daha da dərinləşdirir.
 

ABŞ-ın Milli Aşağı Gəlirli Mənzil Assosiasiyasının ötən il verdiyi açıqlamalara görə, ölkədə minimum əmək haqqı ilə saatda 15,50 dollar qazanan bir şəxs bir otaqlı ev kirayələmək üçün həftədə 90 saat işləməli olacaq. Bu rəqəmlər 2024-cü ildə də analoji sürətlə artıb.
 

Evsizlik təkcə iqtisadi problem deyil, həm də sosial və psixoloji böhrandır. İnsanların iş tapmaqda yaşadığı çətinliklər, borc və psixi sağlamlıq problemləri evsizliyə səbəb olan amillərdəndir.
 

Şəkildə görünən məşhur çimərlik modeli Loni Uillisonun hekayəsi bu vəziyyətə bir nümunədir. Şiddətli boşanmadan sonra işini itirən Uillison, narkotik asılılıq və psixi sağlamlıq problemləri ilə mübarizə apararaq küçələrdə yaşamağa başlayıb.
 

Nyu-Yorkda evsizlər üçün sığınacaqların və sosial xidmətlərin qeyri-kafi olması vəziyyəti daha da pisləşdirir. Bələdiyyə sədri Erik Adams evsizlik məsələsində həssaslığı artırmaq üçün "xərçəng hüceyrələri" bənzətməsi ilə diqqət çəkib.
 

Səthi həll yolları ilə evsizlik məsələsini ört-basdır edə bilməyəcəklərini ifadə edən Adams, qalıcı həll yollarının istehsal edilməsi lazım olduğunu vurğulayıb. Bir sözlə, Amerikanın evsizlik problemi dərin kökləri olan bir böhran kimi qarşıda dayanır. İqtisadi bərabərsizlik, icarə haqlarının artması, sosial xidmətlərin qeyri-kafi olması kimi amillər bu problemin həllini çətinləşdirir.
 

Lakin bu vəziyyətin aradan qaldırılması və qalıcı həll yollarının tapılması cəmiyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Bu məsələyə diqqət yetirilməsə, təkcə Amerikanın deyil, digər ölkələrin də oxşar problemlərlə üzləşməsi qaçılmaz olacaq.


Aynil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri