Çoxlu su içmək adamı arıqlatmır
Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlər suyun arıqlamaq üçün faydaları haqqında iddiaların yalan olduğu qənaətinə gəliblər.
Medicina.az xəbər verir ki, Aston Universitetini təmsil edən alimlər suyun arıqlamaq üçün faydaları haqqında mövcud inancı təkrarlayıblar. Tez-tez deyilir ki, kifayət qədər su içmək daha arıq bir bədən quruluşuna nail olmağa kömək edir, yəni su kaloriləri yandırır.
Lakin, alimlər suyun bu keyfiyyətlərinin mif olduğunu bildiriblər. Çox miqdarda su içmək arıqlamağa kömək etmir.
Bir araşdırmada könüllülər əlavə 500 ml içiblər, bu istehlak əslində yağ yandırılmasını sürətləndirib: istirahət enerjisi xərci təxminən 24 faiz artıb. Lakin metabolik artım cəmi bir saat davam edib və itirilmiş kalorilər az miqdarda qida (məsələn, peçenyenin dörddə biri) ilə bərpa olunub.
"Su içməklə yandırılan kalorilərdə faktiki xalis artım əhəmiyyətsizdir", - ekspertlər qənaətə gəliblər.
Başqa bir araşdırmaya görə, yeməkdən əvvəl su içmək orta yaşlı və yaşlı insanlara iki kiloqrama qədər arıqlamağa kömək etsə də, gənclərdə oxşar təsir göstərməyib. Bu nəticələrin hələ də təsdiqlənməsi lazımdır.
Aygün Musayeva
Baxış sayı:90
Bu xəbər 29 Sentyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















