Icma.az
close
up
RU
“Valideynlik öyrənilməsi çətin “sənət”lərdən biridir” MÜSAHİBƏ

“Valideynlik öyrənilməsi çətin “sənət”lərdən biridir” MÜSAHİBƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Defektoloq-loqoped Dilarə Atakişiyeva: “Sağlam düşüncəli uşaq böyütmək üçün ailə mühiti sağlam olmalıdır”

“Valideyn uşaqlarının ən yaxın dostu olmalı, onlara bacardıqları qədər sevgi verməlidir”

Ana və ata olmaq hissi bizlərə bəxş olunan ən gözəl hisslərdən biridir. Nə qədər problem, sıxıntı olsa da, övladlarımızı qucaqladığımız zaman sanki bütün problemlərdən qurtulmuş oluruq.

Lakin övlad sahibi olmaq istəyən ailə ilk gündən dərk etməlidir ki, ağır bir məsuliyyətin altına girir. Valideyinlər uşaqlarına onları sevdiyini və onlara qayğı göstərdiyini hiss etdirərək, onların əqli və emosional cəhətdən güclü olmasına kömək etməlidirlər. Övladımızın güclü, sərbəst fikirli olması biz valideynlərin əlindədir. Onlara daha çox vaxt ayıraraq, sevgimizi göstərməliyik. Sevgi almaq-verməklə bildirilmir.

Ümumiyyətlə, ailədə olan problemləri uşaqdan uzaq tutmaq lazımdır. Əks halda, uşağı yükləməklə onun gələcəyini məhv etmiş olarıq. Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların fiziki cəhətdən sağlam olma ehtimalı da yüksəkdir. Uşağınıza hər gün onu sevdiyinizi söyləyin. Uşağınıza onu niyə sevdiyinizi və dəyər verdiyinizi bildirin. Onlarla zarafat edin və gülün. Gülüş emosional sağlamlığı yaxşılaşdırmaq üçün əladır. Hər bir uşağın gələcəyi onu böyüdən ata-ananın əlindədir. Valideyn-uşaq münasibətlərində ən önəmli amil uşağa ayrılan diqqət və zamandır.

Qüsursuz insan yoxdur. Uşaqlar adətən valideynlərin istədikləri kimi rəftar etmirlər. Uşağın dəyişməsi üçün zamana ehtiyac var. Bəzi valideynlər övladlarının rəftarlarını qısa müddətdə dəyişdirə bilməyəndə ümidsizliyə qapılırlar. Uşaqlar təşviq edilməyi və təriflənməyi xoşlayırlar. Valideyn onları təşviq edərək, yanlış rəftarlardan uzaqlaşdıra bilər. Valideyn övladından gördüyü xoşagəlməz rəftar zamanı tez özündən çıxmamalı və ona səbrlə etdiyi hərəkətin və yaxud da danışığın düzgün olmadığını başa salmalıdır. Gərgin həyat tərzi yaşayan ailələr isə xüsusi diqqətli olmalıdırlar.

Uşaqlar hər davranışlarını valideynlərdən götürür. Neqativ bir ailədə böyüyən uşaqdan, əlbəttə, pozitiv enerji gözləmək olmaz. Neqativ hissləri yaşayan aqressiyalı uşaqlar istər ailələrində, istər çevrələrində problem yaradır, vurur, qışqırır, dava edir və qaydaları pozurlar. Belə uşaqlar eyni zamanda böyüklər ilə kobud rəftar edir. Bu hərəkətlərinə görə cəzalandırılsalar belə, kobud hərəkətlərinə davam edirlər və hər zaman özlərinə haqq qazandırırlar. Eyni zamanda, başqalarının səhvlərini bağışlamır və qarşısındakı insanlara şiddət göstərirlər. Məhz bu səbəbdən də evdəki problemin böyüklüyünü uşağa bildirmək olmaz. Özümüzdə bilmədən onların gələcəyini məhv etmiş oluruq.

Elə bütün bu məsələlərlə bağlı Yevlax şəhəri, Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin müəllimi, 2-ci ixtisası defektoloq-loqopedolan Dilarə Atakişiyeva ilə həmsöhbət olduq: “Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr  həyata keçirilməkdədir. Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır.

Alimlər deyirlər ki, həm qadınlar, həm də kişilər ata-ana olduqdan sonra bir sıra hormonal və psixi dəyişikliklər yaşayırlar. Əslində, ata olmaq da, ana olmaq kimi bioloji hadisədir. Hamiləlik və analıq qadın orqanizmində bir çox mühüm hormonal dəyişikliklərə səbəb olur və qadın bu hormonal dəyişikliklərə görə, analıq hissini təbii olaraq daha yüksək yaşayır. Belə fikirlər vardı ki, kişilər uşaq dünyaya gətirmədikləri üçün onların hormonlarında atalıqla bağlı heç bir dəyişiklik olmur və buna dair ümumi bir baxış bucağı vardır. Lakin bir çox araşdırmalar bunun əksini göstərdi. Ata olmaq kişilərdə də hormonal dəyişikliklərə səbəb olur, lakin bu dəyişikliklərin miqyası və xarakteri insandan insana dəyişə bilər. Bir sözlə, valideyn olmaq məsuliyyətdir. Valideynlik öyrənilməsi çətin “sənət”lərdən biridir, çünki həm ağla, həm də ürəyə əsaslanır.

Bildirim ki, mən əsasən nitq qusuru, psixoloji pozuntusu, zəifliyi, oxu-yazı pozuntulu uşaqlar və gənclərlə işləyirəm. Əlbəttə, mən də istəyərdim ki, vətənimdə bütün körpələri xöşbəxt, ailələri sevincli görüm. Uşaq - heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir.

Son illərdə nitq qüsurlu, oxu-yazı pozuntulu uşaqlarla bərabər, psixoloji pozuntulu uşaq və gənclərlə də tez-tez qarşılaşırıq. Bu psixoloji sarsıntılar daha çox ailədaxili münaqişələr zəminində “qazanılmış” travmalardır və bu travmalar hər uşaqda və gəncdə özünü fərqli göstərir. Təbii ki, bütün psixoloji pozuntu və zəifliyi olan hər kəsə bunu şamil etmək olmaz.

Uşaqların sağlam psixologiya və düzgün tərbiyə alması üçün ilk növbədə ailə mühiti sağlam olmalıdır. Çox gözəl bir atalar sözümüz var: “Uşaq ailənin güzgüsüdür”. Bu problemləri aradan qaldırmaq üçün ən birinci uşağın və ya gəncin valideyinləri ilə görüşmək, lazımi məlumatları alıb, mövcud  problemlə bağlı maarifləndirmək lazımdır.

Sağlam düşüncəli uşaq böyütmək üçün, qeyd etdiyim kimi, ailə mühiti sağlam olmalıdır. Valideyn uşaqlarının ən yaxın dostu olmalıdır. Onlara bacardıqları qədər sevgi verməlidirlər. Şiddət və qorxudan uzaq tutmalıdırlar. Əks halda, övladları yalançı və özgüvənsiz olar. Ana-ata övladının sevgi və güvənini nə qədər çox qazanarsa, övladı bir o qədər sağlam psixologiyaya və  sağlam düşüncəyə sahib olar.

Mənim sizin qəzet vasitəsilə valideynlərə tövsiyyəm odur ki, uşaq hansısa səhvə yol verdiyi zaman onları danlayıb, cəzalandırmasınlar. Sevgi, səbr və təmkinlə düzgün istiqamət, yol  göstərsinlər.

Qeyd edim ki, insan ən boyük səhvə qorxan zaman yol verir.  Səhvini düzəltmək istəyərkən isə qorxu onu yeni, daha böyük bir səhvə aparır. Bu münvalla sonda acınacaqlı vəziyyət yaranır.

Bunların olmaması üçün  övladlarınızı qorxudan, şiddətdən uzaq tutun. Hər nə olursa olsun, onların yanında durun. Övladlarınızın dostu, sirdaşı olun. Sevgi hər zaman uşaqların özünü yaxşı hiss etməsinin bir səbəbdir”.

Hazırladı: Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri