Icma.az
close
up
RU
Çoxqatlı təhlükəsizlik arxitekturası ustad dərsi

Çoxqatlı təhlükəsizlik arxitekturası ustad dərsi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 aprel, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə “Çoxqatlı təhlükəsizlik arxitekturası” mövzusunda ustad dərsi keçib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı professor Ələkbər Əliyev müasir dövrdə informasiya təhlükəsizliyinin cəmiyyət, dövlət və təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, belə tədbirlərin tələbələrdə müasir risklərə qarşı daha yüksək bilik və məsuliyyət formalaşdırdığını qeyd edib.

Fakültədə fəaliyyət göstərən “Kiberklub”un rəhbəri dosent Natiq Quliyev tələbələrin kibertəhlükəsizlik istiqamətində praktiki biliklərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov ustad dərsində çoxqatlı təhlükəsizlik arxitekturasının rəqəmsal sistemlərin və məlumatların qorunmasında mühüm rol oynadığını bildirib, müasir kibertəhdidlərin mürəkkəb xarakterinin vahid müdafiə vasitəsilə deyil, bir-birini tamamlayan təhlükəsizlik qatları ilə daha effektiv şəkildə qarşılandığını vurğulayıb. Çıxış zamanı minimum səlahiyyət prinsipi, dərinləşdirilmiş müdafiə prinsipi və təhlükəsiz standart ayarlar prinsipi xüsusi olaraq diqqətə çatdırılıb, fiziki təhlükəsizlik, perimetr təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, endpoint təhlükəsizliyi, tətbiq təhlükəsizliyi və məlumat təhlükəsizliyinin vahid sistemin əsas tərkib hissələri olduğu bildirilib. Təqdimatda, həmçinin istifadəçi maarifləndirilməsi və davranış təhlükəsizliyinin bu arxitekturanın ayrılmaz elementi olduğu qeyd edilib, texniki həllərlə yanaşı, insan amilinin də kibertəhlükəsizlikdə həlledici rol oynadığı vurğulanıb. Çıxışda risklərin əvvəlcədən qiymətləndirilməsi, təhlükəsizlik siyasətlərinin yenilənməsi və beynəlxalq standartların tətbiqinin vacibliyi barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları təqdim olunan yanaşmaların həm dövlət, həm özəl, həm də təhsil sektorunda praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov tələbələr və universitet əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri