Icma.az
close
up
RU
İsrail İrandan necə qorunur? Çoxqatlı sistem belə İŞLƏYİR

İsrail İrandan necə qorunur? Çoxqatlı sistem belə İŞLƏYİR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran son 5 gündə yüzlərlə ballistik raket və kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) ilə İsrailin şəhərlərinə zərbələr endirib. Bu cavab hücumları İsrailin hava hücumundan müdafiə sistemlərinin nə dərəcədə effektiv olduğunu da bir daha gündəmə gətirib.

İsrail ordusunun rəsmisi bildirib ki, çoxpilləli hava müdafiə sistemi hücumların 80-90 faizini zərərsizləşdirə bilib. Amma "heç bir müdafiə sistemi 100 faiz etibarlı deyil" - deyə o xəbərdarlıq edib.

İsrailin çoxqatlı hava müdafiə sistemləri necə işləyir?

"Arrow-2" və "Arrow-3" - Bu sistemlər İranın ballistik raket təhlükəsinə qarşı xüsusi olaraq hazırlanıb. "Arrow-2" atmosfer daxilində, "Arrow-3" isə daha yüksəkdə, atmosferdən kənarda hədəfləri vurur. Bu sistem mümkün nüvə başlıqlarının parçalanmasının yaratdığı riskləri minimuma endirir. Sistem İsrailin IAI dövlət şirkəti və ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb.

"David’s Sling" (Davudun sapand sistemi) – 100-200 km məsafədən atılan raketlər, qanadlı raketlər, dronlar və təyyarələri vurmaq üçün nəzərdə tutulub. ABŞ-ın RTX (əvvəlki adı Raytheon) şirkəti və İsrailin "Rafael" şirkəti tərəfindən hazırlanıb.

"Iron Dome" (Dəmir Günbəz) – Qısa mənzilli hücumlara, xüsusilə də Qəzzadan atılan raketlərə qarşı istifadə olunur. Sistem yalnız əhalinin sıx yaşadığı ərazilərə yönəlmiş raketləri vurur, digərlərinə müdaxilə etmir. 2011-ci ildən istifadəyə verilib. Sistemin dəniz versiyası da 2017-ci ildə istifadəyə buraxılıb.

ABŞ-ın THAAD sistemi – ABŞ ordusu ötən ilin oktyabrında İsrailə "Terminal High Altitude Area Defense" (THAAD) sistemini yerləşdirib. Sistem ballistik raketləri onların uçuşun son fazasında vurur. İsrailə hücum zamanı ABŞ-ın həm qurudan, həm də Aralıq dənizində yerləşən hərbi gəmilərindən bu sistem vasitəsilə dəstəyi təsdiqlənib.

Hava-hava müdafiəsi - İsrailin döyüş helikopterləri və qırıcıları hava hücumları zamanı bir neçə dronu havada məhv edib. İordaniya hava qüvvələri də öz hava məkanına daxil olan raket və dronları vurduğunu açıqlayıb.

Mütəxəssislər bildirir ki, İsrailin hava hücumundan müdafiə sistemi dünyada ən mürəkkəb və çoxqatlı sistemlərdən biridir. Lakin bu hücumlar göstərdi ki, hətta belə sistemlər belə, kütləvi hücumlar qarşısında tam zəmanət vermir. Regionda vəziyyətin gələcək gedişatı isə daha çox siyasi qərar və diplomatik səylərlə müəyyən olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri