Cozep Borrelin qərəzli açıqlamaları Azərbaycanın uğurlarına kölgə salmaq cəhdi kimi qəbul edilməlidir DEPUTAT
Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.
"Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik işləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin qərəzli açıqlamaları Azərbaycanın uğurlarına kölgə salmaq cəhdi kimi qəbul edilməlidir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, məlum şəxs bundan öncə də istər 44 günlük Vətən Müharibəsi, istərsə də antiterror tədbirləri zamanı Azərbaycana qarşı riyakar çıxışları ilə gündəmə gəlmiş və ermənipərəst mövqeyi ilə seçilmişdir:
"Görünən odur ki, ali nümayəndə yenə eyni xislətlə fəaliyyətini davam etdirir. Ölkəmiz COP29 kimi qlobal əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizədə fəal aktorlardan biri olduğunu nümayiş etdirir. Ən əsası qəbul olunan qərarlar və razılaşmalar onu deməyə əsas verir ki, Bakı platforması artıq öz uğurunu təsdiq edib.
Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, Cozep Borrelin simasında Avropa İttifaqı tədbirin mahiyyətindən kənar ritorika sərgiləyir. Bu gün Avropa özünü inkişaf etmiş sivilizasiya kimi qəbul edirsə bu tərəqqinin ardında birmənalı olaraq qaranlıq müstəmləkə siyasəti dayanır. Qoca qitə firavan həyatlarını kölə etdikləri xalqların sərvətlərinə borcludur".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Noyabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















