Icma.az
close
up
RU
“Crocus“ terrorçularına yardım edən daha bir nəfər saxlanıldı FOTO

“Crocus“ terrorçularına yardım edən daha bir nəfər saxlanıldı FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və İstintaq Komitəsinin (İK) əməkdaşları tərəfindən ölkə ərazisində qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan "Batal-Hacı Belxoroyev" dini cərəyanının silahlı qanadının fəal üzvü ələ keçirilib.

Bu barədə İstintaq Komitəsinin İnquşetiya üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, respublikanın 54 yaşlı sakininə qarşı terror fəaliyyətinə kömək etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında Rusiyada qadağan olunmuş terror qruplaşmasının üzvü olaraq, axtarışda olan yerli sakinlərə yardım göstərib. Saxlanılan Həsən Altemirov əslində "Crocus City Hall"a hücum edən terrorçularla əlbir olub.

Məhz, o, qruplaşma rəhbərlərinin göstərişi ilə axtarışda olan ən azı üç "Batal-Hacı" dini cərəyan üzvünü saxta pasportlarla təmin edib. Müstəntiqlər onların arasında konsert zalına hücumda iştirak edən terrorçuları silahlandıran Batır Kulayevin adını xüsusi vurğulayırlar. Kulayev Altemirov ona verilən saxta sənəddən istifadə edərək xaricə qaçıb və hazırda da axtarışdadır. İstintaq Komitəsindən bildirilib ki, sözügedən şəxs əvvəllər də digər cinayət əməllərinə görə şübhəli bilinərək saxlanılıb.

Altemirov barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, terror aktı 2024-cü ilin martında baş verib. Silahlı terrorçular "Piknik" qrupunun çıxışından əvvəl konsert zalına daxil olaraq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 600-dən çox insan xəsarət alıb, 149 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Dəyən maddi ziyanın təxminən altı milyard rubl olduğu qiymətləndirilir. /Oxu.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri