Icma.az
close
up
RU
Crocus dakı terrora görə SAXLANILAN VAR FOTO

Crocus dakı terrora görə SAXLANILAN VAR FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və İstintaq Komitəsinin (İK) əməkdaşları tərəfindən ölkə ərazisində qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan "Batal-Hacı Belxoroyev" dini cərəyanının silahlı qanadının fəal üzvü ələ keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin İnquşetiya üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, respublikanın 54 yaşlı sakininə qarşı terror fəaliyyətinə kömək etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, 2025-ci ilin yanvar ayında təqsirləndirilən şəxs Rusiyada qadağan olunmuş terror qruplaşmasının üzvü olaraq, axtarışda olan yerli sakinlərə yardım göstərib. Saxlanılan Həsən Altemirov əslində "Crocus City Hall"a hücum edən terrorçuların əlbirliyini edib.

Məhz o, qruplaşma rəhbərlərinin göstərişi ilə axtarışda olan ən azı üç "Batal-Hacı" təriqəti üzvünü saxta pasportlarla təmin edib. Müstəntiqlər onların arasında konsert zalına hücumda iştirak edən terrorçuları yoldaşları ilə birlikdə silahlandıran Batır Kulayevin adını xüsusi vurğulayırlar. Kulayev Altemirovun ona verdiyi saxta sənəddən istifadə edərək xaricə qaçıb və hazırda da axtarışdadır. İstintaq Komitəsindən bildirilib ki, sözügedən şəxs əvvəllər də "digər cinayətlər" törətməkdə şübhəli bilinərək saxlanılıb. Altemirov barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, terror aktı 2024-cü ilin martında baş verib. Silahlı terrorçular "Piknik" qrupunun çıxışından əvvəl konsert zalına daxil olaraq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 600-dən çox insan xəsarət alıb, 149 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Dəyən maddi ziyanın təxminən altı milyard rubl olduğu qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 İyun 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri