“Crystal Group of Companies” ASC nin ümumi yığıncağı keçirilib.
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
“Crystal Group of Companies” ASC-nin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı şirkətin fəaliyyət istiqamətləri üzrə görülən işlərə dair ətraflı müzakirələr aparılıb, eləcə də struktur və kadr dəyişiklikləri, idarəçilik mexanizminin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində mühüm qərarlar qəbul olunub. SİA xəbər verir k, toplantıda çıxış edən “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev şirkətin gələcək strategiyasına uyğun olaraq idarəetmədə çevikliyin artırılması, resursların daha effektiv idarə olunması və korporativ inkişafın sürətləndirilməsi məqsədilə bir sıra yeni vəzifə təyinatlarının həyata keçirilməsi barədə yığıncaq iştirakçılarına məlumat verib.
Belə ki, Rəsul Rəsulov və Rəfail Niftəliyev “Crystal Group of Companies” ASC-nin İdarə Heyəti Sədrinin müavini, Eldəniz Əlimərdanov satınalma və kommersiya şöbəsinin müdiri, Emin Nəzərli “Crystal Mebel- İnteryer” şirkətinin direktoru vəzifələrinə təyin olunublar
Şirkətin rəhbərliyi yeni təyinatların kollektivdə müsbət dinamika yaradacağına və qarşıya qoyulan strateji hədəflərin icrasına töhfə verəcəyinə əminliyini bildirib.
“Crystal Group of Companies” ASC fəaliyyət göstərdiyi bütün sahələr üzrə innovativ idarəetmə, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq ölkənin tikinti sektorunda mövqeyini daha da gücləndirməkdə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 May 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















