Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Cücərdilmiş qida nədir və faydası nədədir?

Cücərdilmiş qida nədir və faydası nədədir?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Sağlam qidalanan ailələr arasında cücərtmək (ing. sprouting) və cücərdilmiş qida (ing. sprouts) getdikcə rəğbət qazanmaqdadır.

Qulağımıza yenilik kimi səslənsə də, bizim qidalanma mədəniyyətimizdə cücərtmənin bəzi  elementlərini sezmək olar. Məsələn səməni halvası buna gözəl bir nümunədir. Adından məlum olduğu kimi bu halva növü buğdadan cücərdilmiş- səmənidən hazırlanır.

Həmçinin qeyd etmək yerinə düşərdi ki, buğdanın cücərdilməsindən bitən otun şirəsi sağlam qidalananlar arasında ildən-ilə tanınmaqdadır. Düzdür, ənənəmizə xas olmasa da səməni şirəsi (ing. wheatgrass) sağlamlığa faydasının bolluğu ilə məhşurdur.

Müasir tibbi araşdırmalar cücərtmənin faydalı olmasına dair maraqlı məlumatlar aşkarlamışdır. Cücərtmə prosesi qidanın-dənlilər, qoz-fındıq, paxlalılar və müxtəlif növ tum və toxumların həzmini asanlaşdırır və tərkibindəki qidalandırıcılarından faydalanmağa imkan verir. Cücərdilmiş qidanın islağa qoyulmuşdan bir sıra daha çox üstünlükləri var. Yeri gəlmişkən, qoz-fındıq, tum və toxumların isladılmasının üsulu və faydası haqqında əlavə məlumat üçün buradan oxuya bilərsiniz.

Məşhur Dr. Axe bildirir ki, cücərtmənin ən başlıca üstünlüklərindən biri paxlalılar, dənlilər, qoz-fındıq kimi çərəzlər, toxumlar və tumların tərkibində olan anti-nutriyentlərin (anti- qidalandırıcıların) miqdarını azaltmağa səbəb olur. Anti-nutriyent dedikdə, təbii olaraq müxtəlif növ bitki toxumlarında mövcud olan və onların tərkibindəki mineral və vitaminlərin bədən tərəfindən mənimsənilməsinə mane olan maddələrdir.

Cücərtmə prosesi polifenol, lektin, tannin kimi maddələrin miqdarını orta hesabla 50% azaltmağa imkan verir. Nəticədə qidanın tərkibində olan kalsium, dəmir, sink orqanizm tərəfində daha asan həzm olunur. Lakin ən təhlükəli və problem törədən anti-nutriyent olaraq fit (ing. Phytic) turşusu kalsium, mis, dəmir, maqnezium, sinki sanki kilidləyir, fosfor və sinkin mənimsənilməsini 80%, maqneziumun isə 40% əngəl törədir. Bu səbəbdən anemiya və sümük zəifliyi kimi səhhət problemləri yarana bilir. Sözü gedən anti-nutriyent həmçinin bədəndə həzm fermentlərinin miqdarını azaltmağa qadirdir.

Qısaca olaraq, Dr. Axe-ın qeyd etdiyi cücərtmənin aşağıdakı faydalarını nəzərdən keçirək:

- Qidalandırıcıların mənimsənilməsini artırır.

- Qidanın həzmini asanlaşdırır.

- Qidada anti-nutriyent və fit turşusunun miqdarını azaldır.

- Qidanın tərkibindəki zülalın mənimsənilməsini artırır

- Qidada lifin miqdarını artırır.

- Dənlilərdə aşkarlanan allergentləri azaltmağa yardım olur.

- Fermentlər və anti-oksidləşdiricilərin miqdarını artırır.

Cücərtmə prosesinin faydaları bol olsa da, düzgün aparılması çox vacibdir. Beləki, rütubət və istilik cücərmə üçün gərəkli olduğu qədər xəstəlik törədən bakteriyala üçün də münbit şəraitdir. Qida zəhərlənməsinin qarşısını almaq və cücərdilmiş qidadan təhlükəsiz formada faydalanmaq üçün www.culturesforhealth.com saytının məsləhətlərinə riayət etmək yerinə düşərdi:

Cücərdiləcək toxum və tumların çiy və qabıqlı halı seçilməli, cücərdilən qida qabığından təmizlənməməli, cücərtmə qabıqlı halında həyata keçirilməlidir. Üzərinə su əlavə olunduqda suyun üstündə qalanları kənarlaşdırmaq gərəkdir. Seçilmiş qidanı yumaq, islatmaq və yaxalamaq üçün təmiz sudan istifadə edilməlidir. Bunun üçün filtrə edilmiş su ən düzgün seçimdir. Həmçinin durulama üçün soda ilə suyun məhlulundan və ya suya müəyyən miqdarda peroksid (el arasında- perekis) qatmaqla həyata keçirmək məsləhətdir.

Cücərtmə üçün nəmişlik vacib olsa da, durğun sudan qorumaq lazımdır. Cücərdilən qidanın havalandırılması düzgün olmalıdır. Bunun üçün aşsüzən, süzgəc və digər bu kimi qablar daha uyğundur.
Image result for sprouting tray

Cücərdilən dənliləri, paxlalıları, tum və toxumları tez-tez yaxalamaq vacibdir. Bunu təxminən hər 6-12 saatdan bir təkrar etmək lazımdır.

Cücərdilmiş qidanı soyuducuda saxlamaq və saxlamamışdan öncə bir qədər qurutmaq gərəkdir. Həmçinin 5-7 gün ərzində bu qida tükənilməlidir.

Nələr hansı müddətdə cücərir?

- Badam:  2-12 saat islaq, 2-3 gün cücərtmək

- Qoz: 4 saat islaq, cücərtmək gərək deyil

- Kəşyü: 2- 3 saat islaq, cücərtmək gərək deyil

- Fındıq: 8 saat islaq, cücərtmək gərək deyil

- Fıstıq (püstə): 8 saat islaq, cücərtmək gərək deyil

- Noxud: 8-12 saat islaq, 2-3 gün cücərtmək

- Mərci: 8 saat, 2-3 gün cücərtmək

- Qırmızı lobya: 8-12 saat islaq, 2-5 gün cücərtmək

- Ağ lobya: 8 saat islaq, 2-3 gün cücərtmək

- Yaşıl noxud: 9-12 saat islaq, 2-3  gün cücərtmək

- Qarabaşaq (yaşıl): 30 dəqiqə-6 saat islaq, 2-3 gün cücərtmək

- Buğda: 7 saat islaq, 2-3 gün cücərtmək

- Pşeno: 8 saat islaq, 2-3 gün cücərtmək

- Vələmir: 6 saat islaq, 2-3 gün cücərtmək

- Kinoa: 4 saat islaq, 1-3 gün cücərtmək

- Cır düyü: 9 saat islaq, 3-5 gün cücərtmək

- Turp toxumu: 8-12 saat islaq, 3-4 gün cücərtmək

- Balqabaq tumu: 8 saat islaq, 1-2 gün cücərtmək

- Küncüt toxumu: 8 saat islaq, 1-2 gün cücərtmək

- Günəbaxan tumu: 8 saat, 2-3 gün cücərtmək

Qeyd: əgər cücərtməyə hazırladığınız paxlalı, tum və ya toxum göstərilən zaman kəsiyində cücərmirsə, çox ehtimal ki, genetik modifikasiya edilmişdirlər. GMO-lar bildiyimiz kimi cücərmir.

Hazırladı: Səltənət Zülfüqarova

Vib.az

/

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:475
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri