Icma.az
close
up
RU
Bu gecə hər şey dəyişə bilər İranda 5 min qəbir qazılıb

Bu gecə hər şey dəyişə bilər İranda 5 min qəbir qazılıb

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın bölgədəki hərbi mövcudluğunu gücləndirməsi və Vaşinqton rəhbərliyinin Tehrana açıq şəkildə “vaxt tükənir” mesajı verməsi, İrana qarşı birbaşa hərbi müdaxilə ehtimalını ciddi şəkildə gündəmə gətirib.

Modertor.az xəbər verir ki, ekspertlərin fikrincə, mümkün hücum ssenarisi artıq ehtimal olmaqdan çıxaraq, hərbi və diplomatik dairələrdə konkret hazırlıqlar üzərindən dəyərləndirilən mərhələyə keçib.

Təhlükəsizlik mənbələri ABŞ tərəfində artıq “hücum olacaqmı?” sualının arxada qaldığını, əsas müzakirənin əməliyyat üçün ən uyğun zamanlamaya yönəldiyini vurğulayır.

İranın Mehr xəbər agentliyinin yaydığı məlumata görə, Tehrandakı Beheşti Zəhra Qəbiristanlığı İdarəsi ABŞ əsgərlərinin müvəqqəti dəfni üçün 5 min məzar hazırlayıb. Bu addımın İranın mümkün Amerika hücumuna qarşı gördüyü tədbirlər çərçivəsində atıldığı bildirilir. Rəsmi qurumlar isə məsələ ilə bağlı açıqlama verməyib.

Ehtiyatda olan polkovnik-leytenant, İsrail ordusunun keçmiş sözçüsü Conatan Konrikus Iran Internationalın ingilisdilli “Eye for Iran” podkastına verdiyi açıqlamada ABŞ-ın İrana qarşı hərbi əməliyyatının qaçılmaz olduğunu iddia edib. O bildirib ki, əməliyyat üçün lazım olan hərbi qüvvələrin böyük hissəsi artıq bölgədə yerləşdirilib və “demək olar ki, bütün hazırlıqlar tamamlanıb”. Konrikusun sözlərinə görə, yeganə qeyri-müəyyənlik hərbi fürsətlə siyasi qərarın hansı nöqtədə üst-üstə düşəcəyidir. Konrikus həmçinin İranın hərbi müdaxilədən yayınmaq üçün son anda razılaşma axtarışına girə biləcəyini deyərək, “Onlar razılaşmaq istəyirlər” ifadəsini işlədib. O, güclü ABŞ dəniz donanmasının bölgəyə doğru hərəkət etdiyini də təsdiqləyib.

ABŞ mətbuatında yer alan iddialar isə gərginliyi daha da artırıb. Məlumatlara görə, ABŞ-ın sabiq prezidenti Donald Trampın fevralın 1-də hücum əmri verə biləcəyi irəli sürülüb. 

ABŞ Hərbi Dəniz Qüvvələri 80-dən çox döyüş təyyarəsi daşıyan USS Abraham Lincoln aviadaşıyıcısını və onu müşayiət edən hərbi gəmiləri bölgəyə göndərib. Donanmanın tərkibində “Tomahawk” qanadlı raketləri ilə silahlanmış gəmilərin də olduğu bildirilir. 

Bundan əlavə, Bəhreyndə Hörmüz boğazının təhlükəsizliyi üçün yerləşdirilən dörd mina təmizləyən gəmi, Qətərdəki Əl-Udeyd və Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dafra hava bazalarında yerləşən çoxsaylı döyüş təyyarələri də yüksək hazırlıq vəziyyətində saxlanılır.

Son günlər açıq mənbəli kəşfiyyat saytları və sosial media hesablarında hava hücumundan müdafiə sistemləri daşıyan hərbi nəqliyyat təyyarələrinin və F-15 qırıcılarının bölgəyə hərəkətini əks etdirən görüntülər paylaşılıb.

Zəhra

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri