Icma.az
close
up
RU
Cüdo üzrə tətbiq ediləcək yeni qaydalar izah edilib FOTO İdman və Biz

Cüdo üzrə tətbiq ediləcək yeni qaydalar izah edilib FOTO İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin müxtəlif bölgələrindən olan 150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirib.

İdman.biz xəbər verir ki, görüşdə növbəti ilin planları, yarış təqvimi müzakirə edilib, həmçinin cüdo idman növü üzrə tətbiq ediləcək yeni qaydalar izah edilib.
Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə ACF-in prezidentinin müşaviri və Hakimlər Komitəsinin sədri Natiq Bağırov, icraçı vitse-prezident Rəşad Rəsullu, baş katibin müavini və idman direktoru Kamran Talıbov, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə, təhsil meneceri Orxan Oruczadə iştirak ediblər.

Görüş zamanı idman təşkilatları və məşqçilərə “Judo Manager” proqramından istifadə etmələrinin Federasiyanın tələbi olduğu bir daha izah edilib. Bununla yanaşı, kəmər dərəcələri və dan dərəcələrinin verilməsi qaydaları ilə bağlı müzakirə aparılıb və klubların lisenziyalaşdırma proseduru və tələbləri detallı şəkildə iştirakçılara izah edilib.

Seminar iştirakçılarına “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyin zəruriliyi ilə bağlı xatırlatma edilib və onlardan bütün idmançıların sağlamlıq arayışlarının mövcudluğunu təmin etmələri tələb olunub. Bundan əlavə, 2025-ci ildə keçiriləcək tədbirlərin təqvimi təqdim edilib və qarşıdakı yarışlarda iştirak qaydaları ətraflı şəkildə müzakirə olunub.

Daha sonra məşqçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması üzrə hazırlnan təlimatın layihəsini seminar iştirakçılarına təqdim edilib. Sənədin məqsədi cüdo idman növü ilə peşəkar və ya həvəskar səviyyədə məşğul olan şəxslər üçün məşqçi fəaliyyəti göstərənlərin təhsil və təlimi, inkişafı, qiymətləndirilməsi və lisenziyalaşdırılması prosesini müəyyənləşdirməkdən ibarətdir. Sənəd layihəsinin cüdo ictimaiyyəti ilə müzakirəsi bitdikdən sonra yekun layihə təsdiq üçün ACF İcraiyyə Komitəsinə təqdim ediləcək.

Seminarın ikinci hissəsində Hakimlər Komitəsinin sədri Natiq Bağırov məşqçilərə Beynəlxlalq Cüdo Federasiyası tərəfindən elan edilmiş yeni qaydaların nəzəri və praktiki izahını verib, bu istiqamətdə onların çoxsaylı suallarını cavablandırıb.

Görüş zamanı bir sıra məqşçilərə dan dərəcələri də təqdim edilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri