Icma.az
close
up
RU
Cumhuriyyət dövründə bir çox nailiyyətlər əldə olundu POLİTOLOQ ŞƏRH ETDİ

Cumhuriyyət dövründə bir çox nailiyyətlər əldə olundu POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şübhəsiz ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa da hər bir azərbaycanlı müstəqil dövlət quruculuğu tarixi ilə qürur duyur: "Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Bununla da müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdi.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan parlamenti birinci mərhələdə - 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərmişdir. 44 nəfər müsəlman-türk nümayəndədən ibarət Milli Şura qısa zamanda 10 iclasını keçirmiş, bir sıra mühüm tarixi qərarlar qəbul etmiş, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürmüşdür. Azərbaycan Milli Şurası iyunun 17-də fəaliyyətini müvəqqəti dayandırmaqla, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə vermişdir. 1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ağır beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırım taleyi yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini üzərinə götürmüşdür. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmuş, iyunun 26-da isə müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrilmişdir. Diviziya komandiri səlahiyyətlərinə malik Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başlamış, beləliklə, Azərbaycan silahlı qüvvələrinin əsası qoyulmuşdur.

Ümumiyyətlə, peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin parlamentarizm tarixində ikinci mərhələ açılmış, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdir. Bu dövrdə parlamentin 11 daimi komissiyası fəaliyyət göstərmiş, 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur.

Yuxarıda da qeyd etdiyim kimi cəmi 23 ay mövcud olmasına baxmayaraq Cumhuriyyət dövründə bir çox nailiyyətlər əldə olundu. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

Çox təəssüf ki, müstəqilliyini elan etmiş Azərbaycan xalqı bir sıra səbəblərə görə azadlığın şirinliyini uzun müddət dada bilməmişdir. Milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur.

Lakin bütün bunlara baxmayaraq 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində hər zaman bir müstəqil dövlətçilik idealı olub. Və məhz bu ideal keçən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir.

Nəticədə 1991-ci ildə Azərbaycan, Xalq Cumhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini elan etdi və müstəqilliyimizin əbədir, dönməz və sarsılmaz olduğunu bütün dünaya sübut etdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see229

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see218

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see186

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see180

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see165

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri