Icma.az
close
up
RU
Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin ailəsinə aid yeni şəkillər ortaya çıxıb Foto

Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin ailəsinə aid yeni şəkillər ortaya çıxıb Foto

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri, dövlətin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin günümüzə gəlib çıxmış çox fotosu yoxdur. Videolardan danışmağa dəyməz. Təəssüf ki, birbaşa onu ifadə edən görüntü əldə olunmayıb. Sadəcə, bir neçə saniyəlik kadrlarda Rəsulzadəni görmək mümkündür.

Bizimyol.info xəbər verir ki, cümhuriyyət qurucusunun ailəsinin yeni şəkilləri ortaya çıxıb. Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi bu barədə məlumat verib. O, Rəsulzadənin indiyə qədər rastlaşmadığı qohumları ilə üz-üzə gəlmək imkanı əldə etməsindən danışıb. Tarix muzeyində “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirəyə dövlət xadiminin nəvəsi Rais Rəsulzadə ilə yanaşı, onun bacısı Firuzə xanımın övladları da təşrif buyurub.

Ertəsi gün tədbirin qonaqlarından biri təşkilatçı Fərhad Hacıyevlə əlaqə saxlayıb və onda Rəsulzadə ailəsinin ictimaiyyətə məlum olmayan şəkillərinin qaldığını deyib. Solmaz Rüstəmova-Tohidi məsələdən xəbər tutub. Tarixçi alim yaxşı mənada xeyli təəccübləndiyini bildirib. Solmaz xanım özünü Həsən Məmmədov kimi təqdim edən şəxslə əlaqə saxlayıb.

“Onun Məhəmməd Əmin Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu olduğunu öyrəndim, göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığını soruşdum. Həsən bəy anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirdi. Həmçinin məlum oldu ki, 2007-ci ildə bu şəkillərin bir hissəsi “El” jurnalının may sayında, “Ölümə məhkumlar” adlı məqalədə çap olunub”.

Solmaz xanımın dediyi kimi, Məhəmməd Əmin bəyin övladlarının kədərli fotolarına baxmaq, nigaranlıq dolu baxışlarını sakitcə seyr etmək olmur. Şəkillərdən birində onların dördü də gözə dəyir. Rəsulzadənin kiçik oğlu Azər 1920-ci ildə doğulmuşdu. Yəni uşaqların fotosu ata mühacirətdə olanda çəkilib. Onların gözü yol çəkir...

Digər bir şəkildə uşaqlar “böyüyüb”. Dövlətin qurucusunun böyük qızı Lətifə xanımın həyat yoldaşı Məşədi Damad Müslümzadə də görünür. Uşaqlardan başqa, Məhəmməd Əmin bəyin həyat yoldaşı Ümbülbanu xanım da fotodakılar sırasındadır.

Rəsulzadənin ailəsi faciəli həyat yaşayıb. Onun böyük oğlu Rəsul 1938-ci ildə güllələnib. Azər sürgün olunub və bütün həyatını Qazaxıstanda keçirmək məcburiyyətində qalıb. Ümbülbanu xanım, Lətifə xanım və onun kiçik qızı sürgündə soyuqdan, aclıqdan həyatlarını itirblər. Xalidə gizlicə Bakıya qayıtsa da, sonradan itkin düşüb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see179

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see122

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri