“D 8 ə üzvlük Azərbaycanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi deməkdir” POLİTOLOQ DANIŞDI
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü “çox böyük nailiyyət” kimi qiymətləndirməsi təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, ölkə başçısının bu sözləri əslində ölkəmizin son illərdə yürütdüyü çoxşaxəli xarici siyasətin məntiqi davamı kimi dəyərləndirilə bilər:
“Belə ki, səkkiz inkişaf etməkdə olan müsəlman ölkəsini birləşdirən bu platforma qlobal miqyasda həm iqtisadi, həm də siyasi çəkisi artan bir məkandır və Azərbaycanın bu quruma qoşulması ölkənin beynəlxalq mövqelərinin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
D-8-ə üzvlük ilk növbədə Azərbaycanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi deməkdir. Təşkilata üzv ölkələr böyük bazarlara, gənc əhaliyə və artan istehlak potensialına malikdir. Bu isə Azərbaycan üçün ticarət dövriyyəsinin genişlənməsi, investisiya əməkdaşlığının dərinləşməsi və qeyri-neft sektorunun inkişafı baxımından yeni imkanlar yaradır. Xüsusilə nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq perspektivləri diqqət çəkir.
Digər tərəfdən, D-8 platforması Azərbaycanın siyasi manevr imkanlarını da artırır. Bu təşkilat Qərb və Şərq arasında balanslı mövqe tutan ölkələri bir araya gətirir və Bakı üçün alternativ diplomatik kanallar açır. Mövcud qlobal geosiyasi gərginliklər fonunda Azərbaycanın yalnız bir mərkəzə bağlı olmayan, çoxvektorlu siyasət yürütməsi strateji dayanıqlığı gücləndirir. Cənab Prezidentin bu üzvlüyü xüsusi vurğulaması da mənə görə məhz bu reallıqdan irəli gəlir.
Azərbaycanın D-8-ə qoşulması ölkənin İslam dünyasındakı rolunun artdığını göstərir. Bakı artıq təkcə enerji təchizatçısı və nəqliyyat qovşağı kimi deyil, həm də inkişaf edən ölkələr arasında əməkdaşlığı təşviq edən fəal siyasi aktor kimi çıxış edir. Bu, Azərbaycanın beynəlxalq imicinə əlavə dəyər qatmaqla yanaşı, ölkənin sülh, dialoq və iqtisadi inteqrasiya təşəbbüslərini də gücləndirir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 07 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















