Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Dabaq təhlükəsi: tələf olmuş heyvanlar satışa çıxarılır

Dabaq təhlükəsi: tələf olmuş heyvanlar satışa çıxarılır

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar dabaq xəstəliyinin ölkənin bəzi bölgələrində yayılması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Xüsusilə xəstə və ya tələf olmuş heyvanların ətinin müxtəlif yollarla satışa çıxarılması ilə bağlı yayılan iddialar məsələni daha da aktuallaşdırıb.

Modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qeyd edib ki, xəstə və ya ölmüş heyvanların ətinin dövriyyəyə çıxarılması, əslində, uzun illərdir Azərbaycanda mövcud olan bir şəbəkənin fəaliyyətidir.

“Bu şəbəkə təkcə xəstə deyil, həm də çıxdaş edilmiş və qocalmış heyvanları alıb emal müəssisələrinə təhvil verir və ya satışa çıxarır. Sovet dövründən bəri bu fəaliyyət davam edir və təəssüf ki, qarşısı hələ də tam alınmayıb.

Məsələn, bir kənddə heyvan zəhərlənirsə və bu xəbər yayılırsa, həmin kənddə bu işlə məşğul olan şəxslər dərhal həmin evə gedib heyvanı ucuz qiymətə alır, kəsir və emal müəssisəsinə təhvil verir. Bu şəxslər təkcə iri buynuzlu heyvanların deyil, həm də at və eşşəklərin kəsimi ilə məşğuldurlar. Yəni, burada sadəcə fermer deyil, sözügedən sahədə illərlə sistematik şəkildə fəaliyyət göstərən şəxslər var”.

Ekspertin sözlərinə görə, fermerlər və kəndlilər əsasən heyvandarlıqla məşğuldur:

“Bir çox hallarda onların emal müəssisələri ilə birbaşa əlaqələri olmur. Xəstə və ya ölmüş heyvanları həmin vasitəçilər vasitəsilə emal müəssisələrinə ötürürlər və satırlar. Bu baxımdan məsuliyyət ilk növbədə dövlət orqanlarının üzərinə düşür. Belə orqanlar illərlə bu prosesdən xəbərdar olub, amma ciddi addımlar atmayıblar”.

O həmçinin vurğulayıb ki, dabaq xəstəliyinin geniş yayıldığı məlum olduğu halda, o bölgələrdə karantin elan edilməli, postlar qurulmalı, avtomobillərlə daşınan yüklər yoxlanılmalı idi. 

“Bu cür hallar aşkarlanıb ictimaiyyətə təqdim olunmalı, eləcə də ifşa edilməli idi. Təəssüf ki, biz bu tədbirlərin həyata keçirildiyini görmürük.

Eyni zamanda, emal müəssisələrinə ciddi nəzarət olunmalıdır. Ət məhsulları istehsal edən müəssisələr mütəmadi yoxlanmalı, onların malı haradan və kimdən aldıqları araşdırılmalı, eləcə də analiz olunmalıdır. Mətbuatda belə yoxlamalarla bağlı məlumatlara da rast gəlmirik. Əgər yoxlamalar aparılsaydı, ictimaiyyətə təqdim olunar, işıqlandırılardı amma bu da yoxdur”,- o qeyd edib.

Ekspert eyni zamanda xəstə heyvanların ətinin satışına da diqqət çəkib:

“Xəstə heyvan ətininin satışı real olaraq baş verir və bunu həyata keçirən şəxslər var. Hökumət strukturları isə çox vaxt vəziyyəti inkar edir və ya faktları gizlədir. Dabaq xəstəliyi insana keçir, lakin ölümcül deyil. İnsanlarda bir həftəyə qədər hərarət, yorğunluq, ürəkbulanma və iştahsızlıq yarada bilər, bir müddət sonra isə keçir. Amma bununla bağlı xəstəxanalarda araşdırmalar aparılmalı, yoluxan şəxslərdən məlumat toplanmalı və bu statistika ictimaiyyətə təqdim olunmalıdır”.

Mütəxəssis onu da əlavə edib ki, hazırda ölkədə təkcə dabaq deyil, digər xəstəliklər də yayılmaqda davam edir:

“Əgər bu gün qarşısı alınmayan xəstəliklərə qarşı hər hansı tədbir görülməzsə, növbəti dəfə qarayara kimi daha təhlükəli xəstəliklər yayıla bilər. Qarayara xəstəliyi də öz növbəsində insan üçün ölümcül nəticələr doğura bilər. Ona görə də müvafiq qurumlar bu məsələyə ciddi yanaşmalıdır”,- deyə V.Məhərrəmov fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri