Icma.az
close
up
RU
Dağ kəndlərinə də kommunal güzəştlər edilsin! Deputat və iqtisadçıdan TƏKLİF

Dağ kəndlərinə də kommunal güzəştlər edilsin! Deputat və iqtisadçıdan TƏKLİF

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdəki ictimai dinləmədə sərhədyanı kəndlərdə elektrik və qaz tariflərinin 3 dəfə azaldılmasını təklif edib. O, bunun əhalinin paytaxta axınının qarşısını almağı, kəndlərə böyük qayıdışı təmin edəcəyini bildirib.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa da bu təklifi dəstəkləyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, bütövlükdə kommunal tariflərlə bağlı bir sıra rayonlara güzəştlərin verilməsi məqsəduyğun olardı:

“Söhbət təbii ki, xüsusən dağlıq rayonlardan gedir. Burada yalnız elektriklə bağlı deyil, maye qazla əlaqədar da güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Çünki həmin bölgələrdə kommunal xidmətlərdən daha çox istifadə olunur. Xüsusən də qış aylarında mavi qaz daha çox işlədilir. Bu da təbii ki, mavi qaz xərcinin artmasına gətirib çıxrarır. Bəzi rayonlarımız var ki qış çox sərt keçir. Məsələn, Lerik belə rayonlarımızdandır. Bu rayonlarda qış nisbətən sərt olduğundan istiliyə daha çox tələbat yaranır. O baxımdan kommunal xidmətlərdə güzəştlərin tətbiqi və aşağı tariflərin müəyyənləşdirilməsi həmin bölgələr üçün məqsədəuyğundur”.

Deputat vurğulayıb ki, bu güzəştlərin tətbiqi rayonlarda yaşayan əhalinin xərclərinin azalmasına gətirib çıxara bilər:

“Dünya praktikasında olduğu kimi, regional, differensial tariflərin müəyyənləşdirilməsi məqsəduyğundur. Vaxta görə tariflərin fərqləndirilməsinə ehtiyac var. Bu, rayonlardakı vətəndaşlarımızın xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər”.


İqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, xüsusən də dağlıq regionlarda kommunal xərclərin azaldılması, ümumiyyətlə, Bakı ilə regionlar arasında differensial yanaşmanın olması düzgün yanaşma olardı.
"Gürcüstanda da belədir. Gürcüstanın dağ kəndlərində qaz və elektrik enerjisinə müəyyən güzəştlər var. Yəni bu doğru yanaşmadır və bir çox prblemlərin həllinə də yardımçı ola bilər”.

N.Cəfərli söyləyib ki, əhali ilə yanaşı, biznesə də qiymətləri ucuz etmək lazımdır:

“Bu addımlar regionlardan Bakıya köçün qarşısını müəyyən mənada alar, həm də biznesin inkişafında kömək edər. Təkcə əhaliyə yox, biznesə də qiymətləri daha ucuz etmək lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri