Dağ Yəhudiləri İcmasının sədri: Heydər Əliyev İsraillə möhkəm dostluq münasibətlərinin əsasını qoyub
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev İsraillə möhkəm dostluq münasibətlərinin əsasını qoyub.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemiya Şirin Mikaeli Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin siyasəti sayəsində yəhudi xalqı Azərbaycanda xoşbəxt və təhlükəsiz mühitdə yaşayır.
"Heydər Əliyevin varisi, Azərbaycan Prezidenti İlham Əliyev onun siyasi kursunu davam etdirərək iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirir. Azərbaycan İsrailin yaxın və etibarlı dostudur. Bu fikri Azərbaycan torpağında olmuş hər bir yəhudinin dilindən eşitmək olar", - sədr qeyd edib.
Tədbir çərçivəsində həmçinin İsrailin müdafiə nazirinin müşaviri Pavel Yelizarov çıxış edərək, Bakı və Təl-Əviv arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















