Icma.az
close
up
RU
Dağ Yəhudiləri İcmasının sədri: Azərbaycan tolerantlıq və mədəni müxtəlifliyin nümunəsidir

Dağ Yəhudiləri İcmasının sədri: Azərbaycan tolerantlıq və mədəni müxtəlifliyin nümunəsidir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Bu baxış bucağından yanaşdıqda aydın olur ki, Azərbaycanın zəngin mədəni irsi və çoxəsrlik tarixi bu torpaqda müxtəlif xalqların sülh və qarşılıqlı hörmət şəraitində yaşamasına imkan yaradıb. Bu gün də Azərbaycanda yaşayan bütün etnoslar öz milli adət-ənənələrini, dilini və folklorunu qoruyub saxlayır, onu inkişaf etdirərək ümummilli mədəniyyətin ayrılmaz hissəsinə çevirirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaradıcısı olduğu “Əvəsor” folklor qrupunun 60 illik fəaliyyətinə həsr edilən “Talış folkloru konserti”ndə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, tarixini yaşadan, dünənini unutmayan və keçmişindən nəticə çıxaran xalqlar gələcəyə inamla və qürurla baxa bilirlər. “Azərbaycan xalqı və bu ölkədə yaşayan bütün milli azlıqlar məhz bu iradəyə və potensiala sahibdirlər. Bu həm də bizim multikultural və tolerant cəmiyyətimizin əsas sütunlarını təşkil edir. Bərabərlik və qarşılıqlı hörmətin hökm sürdüyü cəmiyyətlərdə parçalanma üçün zəmin yaranmır. Əksinə, orada ahəng, birlik və sosial həmrəylik mövcud olur. Azərbaycan xalqı tarix boyu və bu gün də birliyə, vəhdətə və qarşılıqlı hörmətə əsaslanan bir həyat tərzi nümayiş etdirir. Bu gün keçirilən təntənəli tədbir yalnız bir mədəni təqdimat deyil, həm də gələcək nəsillər üçün mühüm bir mesaj, nümunə və ibrət dərsidir. Burada nümayiş olunan dəyərlər ölkəmizdə çoxmədəniyyətli cəmiyyət modelinin uğurla fəaliyyət göstərdiyini bir daha sübut edir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dini və etnik müxtəlifliyi özündə harmonik şəkildə birləşdirərək qoruyub saxlamağı bacarıb. Bu model - Azərbaycanın tolerantlıq modeli bir harmoniya nümunəsi kimi beynəlxalq aləmdə də nüfuz qazanıb. Bu gün keçirilən tədbir isə həmin harmoniyanın canlı və parlaq təzahürüdür”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri