Icma.az
close
up
RU
Dağbilicidən qızlar oğurlandı Nizami Sadıqov Mehdiyevin xətti ilə icra başçısı oldu

Dağbilicidən qızlar oğurlandı Nizami Sadıqov Mehdiyevin xətti ilə icra başçısı oldu

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zamir Məcidovun son açıqlamaları ilə yenidən gündəmə gələn Dağbilici kəndindəki adam oğurluqları göstərir ki, Şabran hadisələri təkcə rayon miqyasında baş verən kriminal olaylar deyil.
Moderator.az musabat.com-a istinadən xəbər verir ki, burada söhbət qorunan, hifz olunan mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətindən gedir. Bu qruplaşma gec-tez törətdiyi cinayətlərin açılacağını da çox yaxşı bilib və izlərin itirilməsi üçün son dərəcə ciddi addımlar atıb. Dağ kəndi Dağbilicidən oğurlanan 1 qadın və 2 azyaşlı qızla bağlı cinayət işinin izlərinin məqsədli şəkildə itirilməsinə dəlalət edən kifayət qədər faktlar mövcuddur. Zamir Məcidovun bu məsələdə Ramiz Mehdiyevin adını çəkməsi təsadüfi deyil. 2000–2015-ci illər Azərbaycan idarəetmə tarixində bir reallıq idi: Ramiz Mehdiyevə yaxın şəxslər rayonlara icra başçısı, müxtəlif yüksək vəzifələrə təyin edilirdi. Maraqlıdır ki, Azərbaycan tarixində misli görünməmiş uşaq oğurluqlarının baş verdiyi rayonlardan biri olan Şabranın polis rəisi Nizami Sadıqov da bu “kadr siyasəti”ndən kənarda qalmadı. O, 2009-cu ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu və 2014-cü ilədək bu vəzifədə çalışdı. Nizami Sadıqovun bu təyinatı onun müavini Məmmədmusa Hüseynovun Məcidova bacılarının oğurlanması işində cinayətin birbaşa icraçısı kimi adının “qırmızı xətlə” keçdiyi bir dövrə təsadüf edirdi. Sual açıq qalır: Nizami Sadıqovun polis rəisliyindən birbaşa icra başçısı postuna göndərilməsi təsadüf idimi? Ramiz Mehdiyevin kadrı olmasaydı, bu, mümkün olardımı?
Həmin illərdə Şabran rayonu Ramiz Mehdiyevin nəzarətində olan şimal zonası rayonları sırasında idi. Şabran dağlarında, adam oğurluqlarının baş verdiyi Dağbilici kəndindən bir neçə kilometr aralıda yerləşən Kilvar kəndində Ramiz Mehdiyevin və onun kürəkəni İlhamın imarətləri mövcud idi. Bu imarətlərə gedən yol isə məhz Dağbilici kəndinin mərkəzindən keçirdi.
O dövrdə rayon rəhbərliyində və icra strukturlarında çalışan hər kəsin Ramiz Mehdiyevin öz kadrları olması kimsəyə sirr deyildi. Zamir Məcidovun qızlarının oğurlandığı dövrdə bu bölgə faktiki olaraq Mehdiyevin tam nəzarətində olan zona sayılırdı. Məcidova bacılarının oğurlanmasından sonra polis rəisinin müavini Məmmədmusa Hüseynovun istintaqa cəlb edilməməsi, hakim Əhməd Quliyevin Zamir Məcidovun vəsatətlərini heç bir əsaslandırma aparmadan rədd etməsi, sübutların məhv edilməsi, oğurlanmış qızların Şabran Rayon VVAQ şöbəsindəki sənədlərinin yoxa çıxması təsadüfdürmü? Bu mərhələdə artıq söhbət təkcə cinayətdən deyil, cinayətin sistemli şəkildə ört-basdır edilməsindən gedir.
Bu qatı qapalı saxlanılan cinayət işi fonunda ən diqqətçəkən detal isə 2007-ci ildə Şabran rayonunun polis rəisi olmuş Nizami Sadıqovun yaranmış ictimai narazılığa, qalmaqallı məhkəmə proseslərinə baxmayaraq, 2009-cu ildə Ramiz Mehdiyevin xətti ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi və 2014-cü ilə qədər bu vəzifədə saxlanılmasıdır. Zamir Məcidov bu gün də iki azyaşlı qızının oğurlanması cinayətinin üstünün açılmasını tələb edir. O, açıq şəkildə bildirir ki, qızlarının oğurlanması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır.
Zamir Məcidovun dediklərindən sitat:
“Övladlarım – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu cinayətin Ramiz Mehdiyevlə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur. Təvəkkül İsmayılov məhkəmədə açıq dedi ki, uşaqları rəisin müavini Məmmədmusaya təhvil verib. Lakin Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev Məmmədmusanı sona qədər müdafiə etdi və onunla bağlı araşdırma aparılmasına imkan vermədi.
Qapımıza gətirib qoyduqları meyitin ekspertizasını guya Rusiyada keçirmişdilər. Biz meyitə baxış keçirdik və dedik ki, bu, bizim övladımızın meyiti deyil. Meyiti özləri aparıb dəfn etdilər. Ekspertiza rəyində Rusiyadakı ekspertiza bürosunun telefon nömrəsi göstərilmişdi. Həmin nömrəyə zəng etdim, dedilər ki, belə bir rəy verməyiblər.
Bundan sonra Rusiyada yaşayan qohumumu həmin ekspertiza bürosuna göndərdim. Ona bildiriblər ki, meyitdən nümunələr götürüb ekspertiza edə bilərlər, bunun üçün 3 min dollar tələb ediblər. Mən ekshumasiya üçün vəsatət qaldırdım, lakin təmin edilmədi. Bütün bunlar cinayətin izlərinin ört-basdır edilməsi idi.
Bu addımları o dövrdə kim ata bilərdi? Ramiz Mehdiyev və onun kürəkəni İlham Şabranın Kilvar kəndindəki imarətlərinə düz bizim kəndin ortasından gedib-gəlirdilər. Qızlarım oğurlandıqdan sonra onların Şabran Rayon VVAQ şöbəsindəki sənədləri də yoxa çıxıb. Bunu kim edə bilərdi?”
Zamir Məcidov qızlarının oğurlanması və onların izlərinin itirilməsi faktlarının Ramiz Mehdiyevin cinayət işi çərçivəsində araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə rəsmi müraciət edib. O hesab edir ki, bu cinayətlərin arxasında güclü və toxunulmaz bir şəbəkə dayanır. Zamir Məcidovun sözlərinə görə, qızlarının oğurlanması Ramiz Mehdiyevin nəvəsinin səhhətində yaranmış ciddi problemlərlə eyni dövrə təsadüf edib və bunun təsadüf olmadığını düşünür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri