Icma.az
close
up
RU
Dağılan xoşbəxtliyin qəlpələri , Qazi İmaməli və şüşəyə yazılmış cümlə...

Dağılan xoşbəxtliyin qəlpələri , Qazi İmaməli və şüşəyə yazılmış cümlə...

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xeyli vaxtdır bu əhvalatı yazıb sizinlə bölüşmək istəmişdim, ancaq heç cür qərar verə bilmirdim. Düşünürdüm, bəlkə yanlış anlaşılar. Ancaq axır ki yazmaq qərarına gəlmişəm və siz bu gün oxuyursunuz.

...Milli Onkologiya Mərkəzinin avtodayanacağında bir avtomobil diqqətimi cəlb etdi. "Mersrdes" markalı köhnə avtomobilin arxa şüşəsində bir cümlə yazılmışdı. Bu cümlə mənim 2022-ci il iyunun 3-də yazıb dərc etdirdiyim "Miçiqan sahilləri, gürcü rəqqasələr, susqun balıqçının cənnəti" adlı yol qeydlərimdən götürülmüşdü. Həmin yazı mediada dərc olunub və mənim "Ölümcül həqiqətlər" kitabımda da var.

Dayanıb, bu avtomobilin sahibini səbrlə gözlədim. Həmin şəxs gəldi. Fiziki məhdudiyyəti vardı; qoltuq ağacı ilə hərəkət edirdi. Yaxınlaşıb, salam verdim, kim olduğumu dedim. Adı İmaməlidir. Qarabağ qazisidir.

Söhbətin tanışlıq hissəsi bitən kimi ona təşəkkür etdim: "Qardaş, çox sağ olun".

Həyəcanlı idim.

Sual dolu nəzərlərlə mənə baxdı.

Avtomobilin arxa şüşəsini göstərib dedim:

- Bu, mənim cümləmdir. Şuşaya səfərimdən yazdığım yazıdandır.

Bir mənə, bir yazıya baxdı. Sifəti işıqlandı, gözləri güldü. Qürurlu və minnətdar təbəssümlə dilləndi:

- Bir paylaşımda rast gəldim bu sözlərə. Ordan götürdüm. Allah razı olsun! Yaxşı yazmısınız, düz yazmısınız.

Bunları deyəndə qəhərləndiyini hiss elədim.

İkimiz də qısa müddət susduq.

Birdən sanki ürəyimi oxudu: "Yoxlanmağa gəlmişdim. Şükür Allaha, hər şey yaxşıdır".

-Çox şükür. Allah kömək olsun,-dedim.

Düşündüm, yəqin: "Siz niyə burdasınız?" deyə soruşmaq keçir onun ürəyindən.

"Qohumumu müayinəyə gətirmişəm" demək istədim, dərhal fikrimdən daşındım; onu öz problemimizlə yükləmək istəmədim.

Onsuz da Milli Onkologiya Mərkəzi elə xəstəxanadır ki, burda adamlar bir-birinin qüssəli sükutunu aydın eşidir; sözlər susur, dərdlər "dərdləşir".

...Qazi İmaməlini danışdırmaq, daha yaxından tanımaq istəyirdim, amma yolundan çox saxlaya da bilməzdim. Hər ikimiz şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib, ayrıldıq.

Yəqin sizə maraqlıdır ki, avtomobilin şüşəsində nə yazılmışdı, eləmi?!

Həmin cümlə bu idi:

"ALDIĞIMIZ HƏR NƏFƏS ŞƏHİDLƏRİMİZİN VERDİYİ SON NƏFƏSDİR"

Bu, dediyim kimi, mənim Şuşaya yol qeydlərimdəndir. Dörd il əvvəl yazdığım o qeydlərdən bir hissəni təkrar oxucularımın diqqətinə çatdırıtam:

"...Şuşaya gedirdim və öz doğulub böyüdüyüm torpağa... avtobusun pəncərəsindən baxmaq düşmüşdü bəxtimə. Bu yaşımda bulud kimi dolub durmuşam: bu torpaqların hər qarışı qanla suvarılıb.

Bir bəxtəvər günümdə üstündə gəzəcəyim, ya da altında uyuyacağım bu torpaq onun uğrunda döyüşənlərin çiynindədir. Aldığımız hər nəfəs şəhidlərimizin verdiyi son nəfəsdir.

Dolmuşam, bir də hüznqarışıq qürur da hiss edirəm.

Pəncərənin qarşısından bir-bir ötüb keçən xaraba kəndlər, yandırılmış, uçurulmuş evlər, sönmüş ocaqlar, dağılmış tifaqlar kədərimi və qəzəbimi eyni vaxtda körükləyir.

"İnsanı heç nə özünün dağılan xoşbəxtliyinin qəlpələri qədər yaralaya bilməz".

Bunu deyən Mixail Jvanetskidir. Deyən adam özü sənətcə yumoristdir, ancaq nə qədər kədərli gerçəkmiş bu frazanın anlamı!

Dağılan xoşbəxtliyimizin qəlpələrinə baxıram; quruca divarları, bəzən də, sadəcə, bünövrəsi qalmış bu keçmiş evlərin hamısının içində otlar, kollar, ağaclar bitib.

Bitkilər yaman vəfalıymış; bizim qoyub getdiklərimizə sahib çıxıb. İndi mənim evimdə də ağaclar yaşayır... Adamlar öz evlərinin boş qalmağı ilə məcburən barışmış kimi olsalar da, ağac ürəyi razı gəlməyib; xaraba evlərə həyat daşıyıb. Ancaq bu mənzərənin özü məni kədərləndirir; düşmən topundan atılan mərmi səni fiziki olaraq bir dəfə yaralayar — ağır, ya da yüngül. Dağılan xoşbəxtliyin qəlpələri isə səni hər gün yaralayır. Hər nəfəs aldıqca, o ağrını sanki yaranı indicə almış kimi hiss edərsən..."

...Qazi İmaməli ilə qarşılaşdığımız o gündən hardasa bir aydan çox vaxt keçib. Ancaq onu hər gün xatırlayıram. Xatırlayıram və heyfslənirəm: gərək onun telefon nömrəsini götürəydim, kaş əlaqəmiz üzülməyəydi...

Həyəcandan bunu unutmuşdum, bu yanlışımı indi də özümə bağışlaya bilmirəm.

Tək təsəllim onun avtomobilinin arxasına yazdığı həmin o bir cümləmdir.

Özündən demək kimi çıxmasın, bax, o bircə cümlə də olsa, yaddaşlara nəsə bir şey yaza bilmişəmsə, bu mənə bəsdir; yaradıcı bəxtəvərliyimdir. Özümü tanımasalar da, sözümü tanıyanlar varsa, arxayın yaşamaq da olar, vədə dolanda rahat getmək də olar...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri