Dağıstanda 1 gündə 3 turist həlak olub, biri isə itkin düşüb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən Dağıstanda gün ərzində 3 turist həyatını itirib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan ikisi Xəzər dənizində batıb.
İnquşetiyadan İzberbaşa gələn 23 və 24 yaşlı gənclərin cəsədləri sudan çıxarılıb. Həmin qrupdan olan bir nəfər isə itkin düşüb. Onun axtarışları hələlik bir nəticə verməyib.
Bundan bir qədər sonra Sulaksk kanyonunda kater qayaya çırpılıb və aşıb. Katerdə olan 7 nəfər Sulak çayına düşüb. İjevskdən olan 60 yaşlı qadın ağır xəsarətlər aldığından hadisə yerində keçinib. Digər 6 nəfər xilas olunub.
Qeyd edək ki, baş verənlərlə bağlı suda ekskursiyalar müvəqqəti dayandırılıb.
L.Tağıyeva
Baxış sayı:129
Bu xəbər 13 Avqust 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















