Icma.az
close
up
RU
Dağlar diyarının işğal yaraları sürətlə sağaldılır

Dağlar diyarının işğal yaraları sürətlə sağaldılır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür

25 Noyabr Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixinə qızıl hərf­lərlə yazılan, milli qürur və dövlətçilik iradəsinin təntənəsini əks etdirən əlamətdar tarixlərdən biridir. Bu gün 27 ildən artıq bir dövrdə düşmən əsarə­tində qalan Kəlbəcərin azad edilməsinin sevinci yaşanır, doğma torpaqları­mız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edi­lir, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti bir daha yüksək dəyərləndirilir. 

Azərbaycanın qədim tarixə, zəngin tə­biətə və özünəməxsus mədəni irsə malik bölgələrindən biri olan Kəlbəcər ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparı­lan mübarizənin mühüm səhifələrindən bi­rini təşkil edir. Kiçik Qafqazın dağlıq əra­zisində yerləşən bu rayon uca dağları, sıx meşələri, saf sulu çayları, mineral bulaqla­rı, zəngin fauna və florası, faydalı qazıntı yataqları ilə seçilir. 1930-cu il avqustun 8-də inzibati rayon statusu alan Kəlbəcər 1936 kvadratkilometr ərazini əhatə edir. 

Kəlbəcər təkcə təbii gözəllikləri ilə deyil, həm də minilliklərə söykənən tarixi və mədəni irsi ilə Azərbaycanın qiymətli bölgələrindən biridir. Rayon ərazisində aş­karlanan qədim yaşayış məskənləri, qaya­üstü təsvirlər, tarixi-memarlıq abidələri və məzarlıqlar bu diyarın zəngin keçmişindən xəbər verir. Xudavəng monastır komplek­si, Alban dövrünə aid dini-memarlıq nü­munələri və digər tarixi abidələr Kəlbəcə­rin Azərbaycan xalqının çoxəsrlik mədəni irsindəki yerini müəyyənləşdirir.

Bu diyarın təbiəti və tarixi sərvətlə­ri onun iqtisadi və turizm potensialının formalaşmasında da mühüm rol oyna­yır. İşğala qədər Kəlbəcərdə heyvandar­lıq, arıçılıq, əkinçilik, xalçaçılıq və digər ənənəvi təsərrüfat sahələri inkişaf etmişdi. Yaylaq və qışlaq heyvandarlığı üçün əl­verişli şərait, zəngin otlaq sahələri, meşə və su ehtiyatları rayon sakinlərinin həya­tında mühüm əhəmiyyət daşıyırdı. Rayon həm də özünəməxsus folkloru, sənətkarlıq ənənələri, elat mədəniyyəti və qonaqpərvər insanları ilə tanınırdı.

Qanla yazılmış tarix 

Kəlbəcərin tarixində ən faciəli sə­hifələrdən biri 1993-cü il aprelin 2-də yazıldı. Qarabağın dağlıq hissəsindən kə­narda yerləşən bu rayonun həmin tarixdə işğalı xalqımıza qarşı həyata keçirilən hərbi təcavüzün və etnik təmizləmə siyasə­tinin ağır nəticələrindən biri oldu. Dinc əhaliyə qarşı törədilən cinayətlər, yaşayış məntəqələrinin dağıdılması, insanların doğma yurdlarından zorla çıxarılması nə­ticəsində Kəlbəcərin sosial-iqtisadi və de­moqrafik həyatına ağır zərbə vuruldu.

İşğal nəticəsində 516 dinc sakin öldü­rüldü, 321 nəfər əsir götürüldü, 58 min ra­yon sakini doğma torpaqlarından didərgin salındı. Kəlbəcərin 130 yaşayış məntəqə­si, sosial infrastrukturu, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları, yaşayış evləri dağıdıldı. Eyni zamanda, 37852 hek­tar meşə sahəsi, zəngin təbii ehtiyatları və faydalı qazıntı yataqları talan edildi. Xüsu­silə qızıl yataqlarının qanunsuz istismarı işğal dövründə bölgənin sərvətlərinin mə­nimsənilməsinin acı nümunələrindən biri oldu. 

Ermənistanın işğal dövründə həyata keçirdiyi dağıntılar və qanunsuz fəaliyyət­lər rayonun maddi-mədəni irsinə də ciddi zərər vurdu. Azərbaycan xalqının tarixi yaddaşının ayrılmaz hissəsi olan qədim abi­dələrin bir qismi dağıdıldı, digər hissəsinin isə memarlıq xüsusiyyətləri dəyişdirilərək onların mənşəyinin saxtalaşdırılmasına cəhd göstərildi. Xüsusilə Alban-xristian irsinə aid abidələrin erməniləşdirilməsi cəhdləri işğalçı siyasətin mədəniyyət sahə­sindəki təzahürlərindən idi.

Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə po­zulması ilə müşayiət olundu. BMT Təhlükə­sizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə ilə hərbi əməliyyat­ların dayandırılmasını və işğalçı qüvvələrin Kəlbəcərdən, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması­nı tələb etdi. Sonrakı illərdə qəbul edilmiş digər qətnamələrdə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənsə də, hə­min sənədlərin icrası təmin olunmadı.

Lakin Azərbaycan dövləti və xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Ölkəmiz bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzün bərpasını prioritet məsələ kimi gündəmdə saxladı, güclü iq­tisadiyyat və müasir ordu quruculuğu is­tiqamətində ardıcıl siyasət həyata keçirdi. Prezident, Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın hərbi, iq­tisadi və diplomatik imkanları əhəmiyyətli dərəcədə gücləndirildi.

Qarabağ Zəfərinin diplomatik təntənəsi

2020-ci il sentyabrın 27-də Ermənis­tanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun baş­ladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrildi. Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, xalqı­mızın milli həmrəyliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini müəyyən­ləşdirən mühüm hadisə oldu.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-si­yasi qələbəsinin mühüm nəticələrindən biri idi. Həmin sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundan çıxarılması və rayonun Azərbaycana təhvil verilməsi qərara alındı. Nəticədə, noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, hər hansı hərbi itki verilmədən Azərbayca­nın nəzarətinə qaytarıldı.

Bu hadisə Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki Kəlbəcərin azad edilməsi təkcə əraziyə nəzarətin bərpası deyil, həm də Azərbaycan dövlətinin hərbi meydanda qazandığı üstünlüyü diploma­tik müstəvidə də reallaşdırmaq imkanının göstəricisi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nə­ticəsində ölkəmiz öz ərazi bütövlüyünün bərpası istiqamətində qarşıya qoyduğu məqsədlərə nail oldu.

Kəlbəcərin azad edildiyi gün dövləti­mizin başçısının xalqa müraciətində səs­ləndirdiyi “Əziz kəlbəcərlilər, gözünüz ay­dın olsun!” sözləri uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində bö­yük sevinc və ümid yaratdı. Bu müraciət həm də məcburi köçkünlərin öz evlərinə qayıdacağı yeni mərhələnin başlanğıcını ifadə etdi. 

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviy­yəsində əbədiləşdirilməsinə xidmət etdi. Artıq hər il qeyd olunan bu gün Kəlbəcərin azadlığının, milli birliyimizin və dövlət su­verenliyimizin rəmzi kimi xüsusi əhəmiy­yət daşıyır.

Vandallıq üzərində dirçəliş 

Kəlbəcər işğaldan azad ediləndən sonra qarşıda duran əsas vəzifələrdən biri rayo­nun yenidən qurulması, infrastrukturunun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının gerçəkləşdirilməsi idi. Dövlətimizin baş­çısının tapşırıq və göstərişləri əsasında bu istiqamətdə genişmiqyaslı layihələrin icra­sına başlanıldı.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Kəlbə­cərə səfəri rayonun gələcək inkişafı baxı­mından mühüm hadisə oldu. Dövlətimizin başçısı burada Azərbaycan bayrağını ucalt­dı, ərazidə ermənilərin törətdikləri dağın­tılarla tanış oldu və aparılacaq quruculuq işlərinin əsas istiqamətlərini müəyyənləş­dirdi.

Prezident İlham Əliyev səfər zamanı Ermənistanın işğal dövründə Kəlbəcərdə törətdiyi dağıntılara diqqət çəkərək bildir­di ki, rayonun yaşayış və inzibati binaları məhv edilib, işğalçı ərazini tərk edərkən belə, ağacları kəsib, yandırıb, tikililəri da­ğıdıb. Dövlət başçısının bu fikirləri işğalın yalnız hərbi-siyasi deyil, həm də ekoloji və humanitar nəticələrini bir daha nümayiş etdirirdi.

Bununla belə, Azərbaycan dövləti Kəlbəcərin gələcəyini dağıntılar üzərində deyil, müasir şəhərsalma prinsipləri, daya­nıqlı inkişaf və insanların rifahı əsasında qurmaq strategiyasını müəyyənləşdirdi. İlk növbədə, rayonun nəqliyyat, enerji, su və digər kommunal infrastrukturu yenidən qurulmağa başlandı.

2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köç­künlərin qayıdışına başlanılması isə ra­yonun həyatında yeni mərhələnin əsasını qoydu. Şəhərə 162 ailənin qayıdışı təmin edildi. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi Kəlbəcərin yenidən dirçəlişinin ən sevindi­rici nəticələrindən birinə çevrildi. 

Kəlbəcərdə bərpa işlərinin mühüm istiqamətlərindən biri də kəndlərin ye­nidən qurulmasıdır. Bu baxımdan Zal­lar kəndinin bərpası xüsusi diqqət çəkir. 2023-cü il mayın 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunun Zallar kən­dində olub, yaşayış məntəqəsinin təmə­lini qoyub. Layihəyə əsasən, kənddə, ümumilikdə, 487 ailənin məskunlaşması nəzərdə tutulub. Kəndin salınması üçün 20 illik perspektiv və sonrakı inkişaf im­kanları nəzərə alınmaqla 137 hektar tor­paq sahəsi ayrılıb. 

Beləliklə, Kəlbəcərin azad edilməsi və yenidən qurulması Azərbaycan dövlətinin tarixə, milli-mənəvi dəyərlərə və vətəndaş­larına münasibətinin mühüm göstəricisidir. Bu proses bir daha təsdiqləyir ki, torpaqla­rımızın düşmən əsarətindən xilas olunması ilə bağlı qarşıya qoyulan məqsədlər təkcə hərbi qələbə ilə məhdudlaşmır. Əsas hədəf doğma torpaqlarda həyatın bərpası, insan­ların öz evlərinə qayıtması, iqtisadi poten­sialın yenidən reallaşdırılması və bölgənin gələcək nəsillər üçün inkişaf etmiş yaşayış məkanına çevrilməsidir.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri