Daha 2 nigeriyalı İrandan Azərbaycana təxliyə edilib YENİLƏNİB
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
7 mart saat 14:00-dək olan məlumata əsasən, daha 2 Nigeriya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
Bu barədə "Report"un Cənub bürosu xəbər verir.
Qeyd edək ki, bundan əvvəl 5 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
11:57
7 mart saat 12:00-dək daha 27 Çin vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.
"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 514 Çin vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Eyni zamanda, 1 ABŞ və 1 Pakistanın vətəndaşı Azərbaycana təxliyə edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















