Daha 4 ünvanda minib düşmə yerləri və taksi duracaqları təşkil edilib
Icma.az, Azpost saytına istinadən bildirir.
Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
3, 5, 33 nömrəli şəhər poliklinikalarının, 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və “Diamed Hospitalın” yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhəsi quraşdırılıb.
Fuad İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi duracağı və avtobus zolağında minib-düşmə yeri); Nəcəf bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı); Neftçi Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı); Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsi, “Diamed Hospital”ın yanı (minib-düşmə yeri).
Bu mövzuda digər xəbərlər:Daha 16 ünvanda minib düşmə yerləri və taksi duracaqları təşkil olundu
01 İyul 2026 17:46
Bakıda daha üç ünvanda minib düşmə yerləri yaradılıb
21 İyul 2025 15:54
Daha 10 ünvanda minib düşmə yerləri quraşdırıldı FOTO
26 Avqust 2026 14:25
Daha iki ünvanda minib düşmə yeri yaradılıb
04 Fevral 2026 11:20
Bakıda daha 4 ünvanda avtobus zolaqlarında minib düşmə yeri yaradılıb
23 Oktyabr 2025 14:52
Baxış sayı:151
Bu xəbər 19 İyun 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















