Daha 84 nəfər Gürcüstandan deportasiya olundu: azərbaycanlılar da var VİDEO
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 84 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin ümumilikdə 84 vətəndaşı Gürcüstandan çıxarılıb.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Bildirilib ki, cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan 3400-dən çox şəxs deportasiya edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 21 Oktyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















