Icma.az
close
up
RU
“Daha ağır addım atılmamalıdır” Davutoğludan İmamoğlunun həbsinə etiraz

“Daha ağır addım atılmamalıdır” Davutoğludan İmamoğlunun həbsinə etiraz

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“İBB Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi hüquqi prosesin deyil, siyasi mühəndisliyin nəticəsidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu sosial şəbəkə hesabında Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davutoğlu yazıb.
Ölkənin sabiq baş naziri bildirib ki, öz nazirləri, bürokratları, siyasətçiləri və bələdiyyə sədrləri barədə son dərəcə açıq-aşkar korrupsiya iddiaları ilə bağlı barmağını belə tərpətməyən avtoritar hakimiyyət təkcə seçilmiş bələdiyyə sədrini deyil, onu seçən milyonlarla seçicini də cəzalandırır:
“28 Fevral post-modern çevrilişində, 17-25 dekabr və 15 iyul tarixlərindəki 367 elektron memorandumda hamımızın yüksək səslə müdafiə etdiyimiz və platformalara adını verdiyimiz “milli iradə” anlayışının bu şəkildə zədələnməsi hakimiyyətin korrupsionerləşməsinin ən parlaq təzahürlərindən biridir. Biz o qara günlərdə seçicilərin milli iradəsini qətiyyətlə müdafiə etdiyimiz kimi, bu gün də milli iradəyə məhəl qoymayan istənilən praktikaya eyni prinsipial qətiyyətlə qarşıyıq.
Öz quruculuq prinsiplərini pozan iqtidardakıların Türkiyənin beynəlxalq nüfuzuna xələl gətirən bu anti-demokratik əməllərə əl atmalarının, TCMB-nin ehtiyatlarını tükəndirməyə qədər getmələrinin və bunun bədəlini millətin yoxsullaşması ilə ödəyən iqtisadi itkilərin səbəbi korrupsiya sistemini itirmək qorxusundan başqa bir şey deyil.
Bu qeyri-qanuni qərardan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinə müvəkkil təyin edilməsi kimi daha ağır bir addım atılmamalıdır. Siyasi rəqabət öz təbii demokratik zəminində davam etməli və siyasi mühəndislik səylərinə son qoyulmalıdır.
Biz avtoritar rejim strukturlarına qarşı hakimiyyət bölgüsü prinsipini qətiyyətlə müdafiə etməyə, siyasi korrupsiyaya və çirklənməyə qarşı siyasi mənəvi mübarizəmizi güzəştə getmədən davam etdirəcəyik”.
Xatırladaq ki, daha öncə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu maliyyə cinayətlərinə görə həbs edilib. İmamoğlunun aparıldığı məhkəmə binasının qarşısına gecədən xeyli vətəndaş toplaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Mart 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri