Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Daha Azərbaycana turist gəlmir NİYƏ?

Daha Azərbaycana turist gəlmir NİYƏ?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Turizmi “sönməyən baca” adlandırırlar.

Bu isə onunla əlaqələndirilir ki, həmin sektor hər zaman gəlir gətirən bir sahədir. Müxtəlif dünya ölkələri ilk növbədə məhz bu baxımdan turizmin inkişafına çalışırlar.

Təsadüfi deyil ki, dünyanın ümumi daxili məhsulunun 10 faizindən çoxu turizmdən əldə olunur.

Qeyd edək ki, yalnız iqtisadi gəlir deyil, turizm həmin ölkələrin təbliğində də mühüm rol oynayır. Azərbaycanda turizmin inkişafı ilə bağlı 1999-cu ildə qəbul edilmiş “Turizm haqqında” Qanun ölkədə turizmin inkişafının hüquqi bazası rolunu oynayıb. 

Hətta 2011-ci il ölkədə “Turizm ili” elan edildi. Beləliklə, turizmin prioritet elan edilməsi bu sektorun ölkədə daha da inkişafına zəmin yaradırdı.

2016-cı ildə isə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edildi.

Burada qeyd edilirdi ki, “Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək”.

Strateji “Yol xəritəsi”nin əsas hədəfi 2025-ci ildən sonrakı dövrdə də Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.  

Qeyd edək ki, turizmlə bağlı müvafiq baza olmasına baxmayaraq, bu sektorda istənilən nəticə əldə edilməyib. Azərbaycana ən çox turist 2019-cu ildə gəlib ki, bu rəqəm 3 milyon nəfər təşkil edib.  

Pandemiyadan sonra isə turizm ölkələri tədricən əvvəlki illərdəki səviyyəyə çatsa da, Azərbaycanda bu sektor nəinki inkişaf, 2019-cu ildəki səviyyətə belə çata bilməyib. Son illər isə Azərbaycana 1-2 milyon nəfər turist gəlib. Bir neçə il öncə ölkəmizə gələn turistlərin sırasında ərəb turistlər üstünlük təşkil edirdisə, bu tendensiya da dəyişdi.    

Belə ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır.

Belə ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb.

Bütövlükdə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1,7 faiz azalaraq 2 milyon 171 min nəfər olub.

Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Turizmdə mövcuz vəziyyət ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır. 

Hətta millət vəkili Vüqar Bayramov da bildirib ki, ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir:

“Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır.

Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur. Turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir.

Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

Qeyd edək ki, bir sıra ölkələrdən, o cümlədən körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının azalmasında turizm sektorunda çalışanların özünün də rolu az deyil. Belə ki, ölkədə fəaliyyət göstərən restoran və hotellərdə həmin ölkənin turistlərinə tətbiq edilən fantastik qiymətlər məhz onları ölkəmizdən uzaqlaşdırdı.

Bu gün ölkəmizə gələn turist sayının azalmasında ilk növbədə məhz qiymətlərin baha olması yer alır. Yəni Azərbaycana gələn turist 2-3 gündə xərclədiyi valyutanı, digər məşhur turizm ölkələrində 1həftə ərzində xərcləyir. Bununla yanaşı turistləri ölkəmizdən “qaçaq” salan digər amil də turistlər üçün cəlbedici, maraq doğuracaq  yerlərin, əyləncə mərkəzlərinin olmamasıdır.

Digər bir problem isə odur ki, hazırda quru sərhədləri bağlıdır. Eyni zamanda Azərbaycana təyyarə ilə gələn qonşu ölkələr öz vətəndaşını quru yolu ilə qəbul etsə də Azərbaycan xaricə gedən öz vətəndaşını quru yolla qəbul etmir. Belə olduqda vətəndaşlarımızın ölkəyə dönməsi üçün xeyli vəsait tələb olunur. 

Qeyd edək ki, tanınmış turizm ölkələri bu sektorda daha da irəliləyişə, turist sayının artımına nail olmaq üçün müxtəlif layihələr reallaşdırırlar. 2025-ci ilin statistikasına görə, Fransa ən çox ziyarət edilən ölkə olduğu halda, onu müvafiq olaraq İspaniya, ABŞ, Çin və İtaliya kimi ölkələr izləyir. 

Bəzi hesabatlarda Türkiyə 2024-cü il məlumatlarına əsasən ən çox ziyarət edilən dördüncü ölkə kimi göstərilir. Fransaya 93,7 milyon nəfər, İspaniyaya 83,7 milyon nəfər, ABŞ 79,3 milyon, Çin 65,7 milyon nəfər, İtaliya 64,5 milyon nəfər turist gəlib. 

Mövcud rəqəmlərə və həmin ölkələrdəki turizm sektorunda yaradılmış şəraitə baxdıqda görünür ki, ölkəmizi yaxın illər ərzində ilk 20 ölkə sırasında görə bilməyəcəyik.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan turist

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri