Icma.az
close
up
RU
Ərəb turistlər Azərbaycana niyə gəlmir? Rəsmi açıqlama

Ərəb turistlər Azərbaycana niyə gəlmir? Rəsmi açıqlama

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, həmin müddətdə ölkəmizə 237 min 400 nəfər ərəb turist səfər edib. Ən çox ziyarətçi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən gəlib. Ümumilikdə isə Azərbaycana gələn turistlərin sayı 1,7 faiz azalaraq 1 milyon 477 min nəfərə düşüb. Deputat bildirib ki, bu azalma fonunda yeni turizm destinasiyaları ilə əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.

Azalmanın səbəbləri ilə bağlı Dövlət Turizm Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Gülnar Mustafayeva Bakupost.az -a açıqlamasında bildirdi ki, son zamanlar regional geosiyasi gərginliklər beynəlxalq səyahət axınlarında müvəqqəti məhdudiyyətlərə səbəb olaraq ölkəmizdə də turizmin dinamikasına təsir göstərib:

“Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi hadisələr bir sıra ölkələrdə hava məkanının bağlanması, hava nəqliyyatında əlaqələrin çətinləşməsi, uçuşların ləğvi, bəzi marşrutlarda səyahət müddətinin uzanması və uçuş xərclərinin artması, eləcə də ümumi olaraq uçuş təhlükəsizliyi məsələləri ilə müşayiət olunaraq Azərbaycana gələn turistlərin sayında azalmaya səbəb olub. Belə ki, iyun ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz, iyulda isə 13 faiz azalıb. Cari ilin yanvar-iyul ayları üzrə statistik məlumatlara görə Azərbaycana Körfəz ölkələrindən gələn ziyarətçilərin sayında ümumilikdə 8 faiz azalma qeydə alınıb”, – deyə o bildirib.

Agentliyin məlumatına görə, Ramazandan sonrakı dövrdə (apreldən başlayaraq) turizm göstəricilərində müsbət artım meylləri müşahidə olunub və müvafiq olaraq apreldə 15 faiz, mayda isə 5 faiz artım olub:

“Bununla belə, ümumi ziyarətçi sayında azalma müşahidə olunsa da, bir sıra bazarlarda pozitiv artım qeydə alınıb. Ümumilikdə, 2025-ci ilin yanvar-iyul ayları üzrə Şimal-Şərqi Asiya ölkələrindən gələnlərin sayında 1.4 dəfə, Mərkəzi Asiya ölkələrindən səfər edənlərin sayında təxminən 1.2 dəfə, Qərbi Avropa ölkələrindən gələnlərin sayında isə 9% artım müşahidə olunub. 2025-ci ilin yanvar-iyul ayları üzrə ötən illə müqayisədə, ölkəyə səfər edən İsrail vətəndaşlarının sayında 1.8 dəfə, Çin vətəndaşlarının sayında 1.6 dəfə, Qazaxıstan vətəndaşlarının sayında 21%, Özbəkistan vətəndaşlarının sayında isə 20% artım qeydə alınıb. Həmçinin qonşu ölkələrdən olan səfərlərlə müqayisədə qeyri-ənənəvi və daha çox yeni turizm bazarları hesab edilən bu ölkələrdən olan səfərlərdə turizm məqsədli səfərlərin payının daha yüksək olduğu müşahidə olunur. Bu isə həmin ölkələrdən turizm destinasiyası kimi Azərbaycana olan marağın artması fonunda həm də mənbə bazarların diversifikasiyasının göstəricisidir”.

Lalə Novruz,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:460
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri