Daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq FOTO İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan Güləş Federasiyası (AGF) yerlərdə silsilə tədbirləri davam etdirir.
İdman.biz xəbər verir ki, 2024-cü ildən federasiyanın inventar və maddi dəstək verdiyi daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq baş tutub.
AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov 4-cü mikrorayonda yerləşən güləş məktəbində olublar.
Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib. Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir.
Hazırda bu məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















