Masallıda güləş zalının açılışı olub FOTO İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda maddi texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirləri davam edir.
İdman.biz xəbər verir ki, bu gün daha bir güləş zalı istifadəyə verilib.
Masallı Uşaq Gənclər İdman və Şahmat Məktəbinin güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, qadın güləşi üzrə millinin böyük məşqçisi Toğrul Əsgərov, sərbəst güləş üzrə U-20 yığma komandanın məşqçisi Əşrəf Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev, Masallı rayon icra hakiminin köməkçisi Zamin Kazımov, həmçinin regionda fəaliyyət göstərən güləş mütəxəssisləri iştirak edib. Çıxış edənlər güləş zalının Masallıda bu idman növünün inkişafına böyük təkan verəcəyinə inandıqlarını bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.
Qeyd edək ki, məşqçilər Maqsud Ağayev və Cavad Həsənovun rəhbərliyi altında 3 yaş qrupu üzrə güləş bölməsi fəaliyyət göstərir. Bu güləş məktəbinin idman avadanlıqlarıyla təchiz edilmiş fitnes zalı fiziki hazırlıq üzrə məşqlər üçün istifadə ediləcək. İdman mərkəzi AGF tərəfindən zəruri inventarla təmin edilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















