Icma.az
close
up
RU
Daha bir neçə sahibkar həbs edildi ADLAR

Daha bir neçə sahibkar həbs edildi ADLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.
Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Bakı şəhəri, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə "T-Ekport” MMC tərəfindən Azərbaycandan Rusiyaya konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3.2 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5.4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Yaşar Oktay oğlu Əhmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Mövlud98”, "Elektrodom”, "Sultan-1996”, "Seymuroğlu” MMC tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 5.1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rahil Vahid oğlu Bürcalızadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Xaçmaz Rayon Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.
Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Nağıyev Əziz Balaca oğlu tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əziz Nağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Ümüd 059” MMC tərəfindən Azərbaycandan Rusiyaya konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 4.3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 7.3 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynli Musa Yunis oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "Aysan AS” MMC tərəfindən Azərbaycandan İrana konsiqnasiya yolu ilə ixrac edilmiş "yaş biyan kökü" yükündən əldə olunan ümumilikdə 865 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1.4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İİR vətəndaşı Ashktorab Javad Habib iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "Alke İnşaat Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı tərəfindən konsiqnasiya yolu ilə Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 393 min ABŞ dolları məbləğində (müvafiq dövrün məzənnəsi ilə 668 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Türkiyə vətəndaşı Oğuz Erkan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Avalon S” MMC tərəfindən konsiqnasiya yolu ilə Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 379 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 644 min manatdan artıq) pul vəsaitini Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rzayev Arif Fəxrəddin oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see373

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see249

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see239

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see229

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see218

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see213

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see211

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see210

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see208

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see208

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see205

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see200

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see199

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see199

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see189

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see187

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see182

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see167

Nyu Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

27 İyul 2026 03:44see157

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri