Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Qurumdan Bakıvaxtı.az-a bildirib ki, toplantını açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub. R.Məcid bildirib ki, rəhbərlik etdiyi qurum ötən müddətdə media nümayəndələrinin milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı təltif edilmələri istiqamətində aparılan fəaliyyətə yaxından dəstək oldu, öz namizədlərini müəyyənləşdirərək ölkə rəhbərliyinə təqdim etdi.

Mətbuat Şurası iyulun 24-də Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı. Məktubda dövlətimizin başçısına həm “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamına, həm “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsinə dair Fərmanına, həm də “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinə, yüksək dəyərinə və qədirbilənliyinə görə minnətdarlıq ifadə olundu.

R.Məcid onu da deyib ki, MŞ “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına namizədlərini də müəyyənləşdirdi və Medianın İnkişafı Agentliyinə təqdim etdi. Hesabat dövründə Şurada araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək”, mina terrorunun qurbanı olmuş, şəhid jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimova həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitablarının, Rusiyada yaşayan jurnalist, yazıçı və publisist Ulduz Qasımın 4 kitabının təqdimatı, habelə yazıçı-publisist Salman Alıoğlunun 70, “Ədalət” qəzetinin 35 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. Şura ayrı-ayrı media orqanlarının yubileyləri ilə bağlı 4 təbrik mətni yaydı.

Bundan başqa, MŞ Türkiyənin TRT telekanalının əməkdaşı Yəhya Bərzakın Qəzzada peşə vəzifəsini yerinə yetirərkən həyatını itirməsinə dair mövqeyini açıqladı. Bununla bağlı məlumatda ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin problemli məqamlarına toxunuldu, qardaş ölkənin media təmsilçiləri ilə həmrəylik ifadə olundu, başsağlığı diləkləri çatdırıldı.

Sentyabrın 30-da Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında oldu, onunla ətraflı fikir mübadiləsi aparıldı.

Mətbuat Şurası avqustun 20-də “Azərpoçt” MMC ilə birlikdə “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda jurnalistlər üçün müsabiqə elanı verdi. Müsabiqəyə yazı qəbulu sentyabrın 20-də yekunlaşdı və tezliklə qaliblər mükafatlandırılacaqlar.

R.Məcid məlumatında eyni zamanda bidirdi ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır. Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib. O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açdı və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.

İclasda məlumat verilib ki, Mətbuat Şurası ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama uyğun olaraq iki təşəbbüs irəli sürmüşdü. Bunlardan birincisi “Əkinçidən 50 il sonra”, ikincisi  “Mətbuatnamə. 150 ilin xronikası” kitabının hazırlanması və çapı idi. Birinci kitabın müəllifi araşdırmaçı jurnalist Müsəllim Həsənov, ikincisinin müəllifi isə MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. İclasda A.Aşırlının müəllifi olduğu kitabla bağlı ətraflı məlumatı dinlənilib. O bildirib ki, nəşrdə ötən müddətdə Azərbaycanda işıq üzü görmüş mətbuat orqanları ilə bağlı məlumatlar toplanılıb.

Toplantıda MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə birgə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı ilə bağlı bağlı məlumatı da dinlənilib. Komissiya sədri diqqətə çatdırdı ki, Monteneqronun Budva şəhərində təşkil olunmuş tədbirdə AİPCE-yə üzv təşkilatların illik hesabatları, “Rəqəmsal dövrdə mətbuat şuralarının rolu”, “Müharibə şəraitində və təzyiqlər dövründə  medianın özünütənzimləmə prinsipləri”, “Yeni şərtlər Etika Kodeksinin dəyişməsini tələb edirmi?”, “Etik kodekslə  hüquqi tələblərin toqquşduğu şəraitdə şikayətlərin baxılması qaydası” mövzuları ətrafında müzakirələr aparılıb.

İclasda baxılan sonuncu məsələ isə MŞ-yə yeni üzvlərin qəbulu olub. Müzakirələrdən sonra “Sport Time” jurnalı, “Citypost.az”, “Oxu24.com”, “İqtisadiyyat.az” və “Crossmedia.az” saytları Şuraya üzv qəbul ediliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri