Daha bir ölkə ilə viza rejimi ləğv edildi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvarez Gil ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan–Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın daha da inkişaf etdirilməsi perspektivləri xüsusi qeyd olunub.
Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş imzalanıb. Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd olunub ki, yeni sənədlər iki ölkə arasında institusional əməkdaşlıq çərçivəsinin genişləndirilməsinə və Azərbaycan–Dominikan Respublikası münasibətlərinin daha da inkişafına əhəmiyyətli töhfə verəcək.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 24 Sentyabr 2026 02:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















