Icma.az
close
up
RU
Daha bir ölkə Orta Dəhlizə qoşulur

Daha bir ölkə Orta Dəhlizə qoşulur

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Monteneqronun Bar Limanı Orta Dəhlizə qoşula bilər. Avropa ilə Mərkəzi Asiya arasında yeni logistika qapısı Astanada keçirilən görüşdə Monteneqro Prezidenti Yakov Milatoviç və Qazaxıstanın Baş naziri Oljas Bektenov Monteneqronun Bar limanının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyası perspektivlərini müzakirə ediblər”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev özünü  “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bu təşəbbüs Azərbaycanın da strateji rolunu daha da gücləndirir:

“Bar limanının Orta Dəhlizə qoşulması Mərkəzi Asiya ilə Cənubi və Mərkəzi Avropa arasında yeni multimodal logistika zəncirinin formalaşmasına imkan yarada bilər. Bu isə yükdaşımaların şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və Avropa bazarlarına çıxışın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bar limanının Orta Dəhlizə inteqrasiyası marşrutun coğrafiyasını daha da genişləndirəcək.

Hazırda əsas yük axını Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə istiqamətində hərəkət edir. Adriatik dənizində yerləşən Bar limanının bu zəncirə qoşulması Balkan ölkələrinə, İtaliya və Mərkəzi Avropa bazarlarına daha qısa və çevik çıxış imkanları yaradacaq.

Bu təşəbbüs Azərbaycanın da strateji rolunu daha da gücləndirir. Çünki Orta Dəhlizin əsas tranzit halqalarından biri məhz Azərbaycanın dəmir yolu və Xəzər dənizi liman infrastrukturu, xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Görüşdə tərəflər logistika ilə yanaşı, aqrar-sənaye sahəsində əməkdaşlığı da müzakirə ediblər. Qazaxıstan Monteneqroya buğda, un, yağlı toxumlar və emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracını artırmağa hazır olduğunu bildirib.

Orta Dəhlizin yeni Avropa limanları ilə genişlənməsi marşrutun rəqabət qabiliyyətini artırmaqla yanaşı, Xəzər regionunun qlobal ticarətdə rolunu daha da möhkəmləndirəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri