DAHA BİR QURUM YARADILDI Fərman
Icma.az bildirir, Mia.az portalına istinadən.
Prezident İlham Əliyev bu gün Fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmana əsasən, "Invest in Azerbaijan" informasiya sistemi yaradılacaq.
."Invest in Azerbaijan" informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edəcək.
Sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə nazirliyin tabeliyində olan AZPROMO həyata keçirəcək.
İqtisadiyyat Nazirliyinə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Baxış sayı:75
Bu xəbər 06 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















